Amerika miqrantlar ölkəsi olsa da, indi miqrantlara qapını göstərir.

30-01-2025, 12:44           
Amerika miqrantlar ölkəsi olsa da, indi miqrantlara qapını göstərir.
Amerika rezindən deyil, bu ölkə artıq hər il milyonlarla köçkünü qəbul etmək iqtidarında deyil. Tramp qaçqınları deportasiya etmək istəyir, burası anlaşılandır. Ancaq axı Trampın babası da vaxtilə başqa ölkədən, konkret desək Almaniyadan Amerikaya köçüb, atası uğurlu biznes qurub və oğlu bundan faydalanıb. Arxivləri axtarsalar, böyük ehtimalla Amerikaya Almaniyadan köçən babasının da sənədləri qaydasında olmayıb. Buna baxmayaraq, Tramp bəyan edir ki, qayıdın evinizə. Mürəkkəb vəziyyətdir, heç olmazsa miqrantların Amerikada doğulan övladlarına avtomatik vətəndaşlıq verilirdi, Ağ Evin yeni sahibi ondan da məhrum etmək istəyir. ABŞ-ın keçmiş Prezidenti Ronald Reyqan haqlı olaraq deyirdi ki, Siz Fransaya köçsəz, fransalı olmursuz, Almaniyaya köçsəz alman olmursuz, ancaq Amerikaya köçəndə amerikalı olursuz.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru