Britaniyada "Xilaskar" kimi adlanan Tofiq Bəhramov

Bu gün, 11:01           
Britaniyada "Xilaskar" kimi adlanan Tofiq Bəhramov
1966-cı il. Dünya çempionatının finalında Britaniya kraliçası hakim Tofiq Bəhramova "Qızıl fit" mükafatını təqdim edir.
Dünya futbol tarixində mübahisəli 1966-cı ilin mübahisəli Almaniya -İngiltərə oyunu. Süni intellekt bu günlərdə sübut elədi ki, Tofiq Bəhramov ən düzgün qərarı verib və həmin top qapının içərisinə daxil olub. Bu barədə Almanlar və digərləri çox araşdırma aparıblar. Hətta bəziləri Bəhramovun uzun illər sözünü təhrif ediblər. Guya o deyib ki, mən topun xətti keçməsini intuisiyaya ilə müəyyən etmişəm. Əslində isə Tofiq Bəhramov bunu belə deyib "Mən hakiməm və intuisiyaya ilə yox peşəmə uyğun davranıram və topun xətti keçməsini gördüm"
Tofiq Bəhramov yazır :
"Oyundan sonra Uve Zeller mənə yaxınlaşdı, üzr istədi və dedi ki, Cənab Bəhramov, mən səhv idim ki, sizin qərarı müzakirə etmişəm. Biz təkrar təkrar kadrlara baxdıq və sizin düzgün qərar verdiyinizə əmin olduq"
Bu günə qədər də belə formada olan qol "Uimbldon qolu" adlanır və məhz bu termin Bəhramova görə yaranıb. Hətta dünyada ilk dəfə olaraq baş hakim yox, bütün hakimlər qızıl fit alıblar. Əlavə olaraq Tofiq Bəhramova dünya kubokunun surətini (Qızıl ilahə) Kraliça şəxsən təqdim edib.
Dünya tarixində nadir hakimlərdən biri olan Tofiq Bəhramov idi ki, Kraliça ilə şəxsən görüşüb və mükafatı onun əlindən alıb.
Britaniya mediası Tofiq Bəhramovu "Xilaskar" adlandırdı.

Jurnalist-yazar Emma Bus yazır: “Bəhramov İngiltərə futbolundakı xidmətləri qarşılığında kraliça tərəfindən “Cəngavəri ordeni” ilə təltif olunsaydı, təəccüblənməzdim”.
Britaniya mediası yazır ki, oyunda həll edici qolun sahibi və Bəhramovun saydığı topu vuran Herst oyundan sonra ona yaxınlaşmış, qucaqlamışdır. Tofiq Bəhramov ona "çox sağ ol" demişdir.
O da, hakimin oğlu Bəhram Bəhramovu evinə çağıraraq ona üstündə azərbaycanca “Çox sağ ol” yazılmış futbolkanı təqdim edib.
ingilis yazıçısı Artur Hopkraft həmyerlimizə özünün ən məşhur “Futbol adamı” kitabını həsr edib.
Dəmir Ledi Marqaret Tetçer Bakıda olan zaman mərhum Nəcəf Nəcəfov görüşə futbol üzrə 1966-cı il dünya çempionatı finalının hakimi Tofiq Bəhramovu dəvət etməyi təkid edir. Gülüstan sarayında ziyafət zamanı Tofiq Bəhramovla Tetçer görüşən zaman İsa Qəmbər hakimi belə təqdim edir.

“Bax, bu insanın fiti olmasaydı, siz ingilislər 1966-cı ildə “Qızıl ilahə”ni görməzdiniz, madam Tetçer!”, - o, barmağı ilə Bəhramova işarə etdi.
Bunu eşidən Marqaret Tetçer Tofiq Bəhramov əlini sıxaraq: “Bəli! Bəli, xatırlayıram, çox sağ olun, sağ olun!"-deyir.
Bu xoş xatirə görüşü isə Tetçerin sonradan oğlunun xatirəsində yazılır.
Bu günə qədər İngilis futbol fanatlarının Tofiq Bəhramov sevgisi-onun ilk geyim və nömrəsini hər il geyinərək Azərbaycanlı hakimi belə yad edirlər.
Qeyd edim ki, Tofiq Bəhramovun ailəsi Qərbi Azərbaycanın indi Qafan adlanan şəhərindəndir. Amma özü Ağdamda anadan olub və orda böyüyüb. Özü də əvvəl futbolçu olub, lakin dizində zədəsinə görə hakim peşəsini seçib
Əfsanə Tofiq Bəhramovu sevgi ilə xatırlayırıq
Zaur Aliyev, dosent
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.