ETRUSKLAR TSİ (ÇEÇE) MİLÇƏYİNƏ QARŞI MÜBARİZƏ APARIRDILAR

Bu gün, 11:04           
ETRUSKLAR TSİ (ÇEÇE) MİLÇƏYİNƏ QARŞI MÜBARİZƏ APARIRDILAR
110*. ETRUSKLAR TSİ (ÇEÇE) MİLÇƏYİNƏ QARŞI MÜBARİZƏ APARIRDILAR
TSİU UYNİR
TSİ U UY[A]NIR
• TSİ – TSE – Tsetse fly (Glossina), also known as "qatır milçəyi" in
......... Turkic zoological terminology.
• U – O – A demonstrative pronoun referring to the fly.
• UYNİR – Likely a variation of UY[A]NIR, meaning "wakes up."
..........TSİ – TSE - ~ ~ sineğy – zool. tse milçəyi – qatır milçəyi – testse
..........fly – Glossina;
TSETSE FLY, THAT`S WAKE UP !

2500 illik bürüncün güclü pasından demək olar ki, itmiş eskizdən (solda) sağda göstərilən rəsmi çox zorla bərpa etdikdə birdən maraqlı mövzu ilə - zoologiya ilə qarşılaşırıq. Söhbət insanlar, ev və vəhşi heyvanlar üçün olduqca təhlükəli olan qansoran həşərat çeçe milçəyindən gedir. Etrusk əqrabalar ona TSİ deyirmişlər. Bu ad türkcə lüğətdə TSE olaraq mövcuddur. Və bu ad bir çox xalqların dilində oxşar səslənir.
Bərpa edib ağ kvadrata çəkdiyimiz eskizin aşağı sağ hissəsindəki fiqur həmin milçəyi çox xatırladır. Sağ əlində lotus çiçəyini andıran dörd yarpaq tutan yaraşıqlı gənc oğlan yarıçılpaq qadına xəbərdarlıq edir - Tse oyanır !
Eskiz bu çiçəklərlə səpilib. Oğlanın da, qadının da əlində ondan var. Daha bir çiçək tutan əl də elə barmaqlar şəklində yerin altından dikəlib. Mənə elə gəlir ki, bu çiçəyin və ya yarpaqların reklamıdır: “Tsi fəslində onunla silahlanın!”
Bütün bunların nə demək olduğunu 2500 ildən sonra mühakimə etmək çətindir. Ancaq güman etmək olar ki, bu, bir çiçəkdir və u güclü qovucudur, yəni əsasən yağışlar mövsümdə - aprelin sonunda çoxalıb geniş yayılan çeçedən əhalini qorumaq üçün dövrün ən tədbirli və keyfiyyətli vasitəsidir.
***
Afrikada geniş yayılmış bu milçəyin niyə hətta eramızdan əvvəl etrsukun da diqqətini cəlb etdiyini bilmək üçün VikipeediA-ya müraciət etməli oldum. Sən demə,
"TSE milçəkləri (ingiliscə tsetse, bəzən tzetze kimi də tələffüz olunur) Glossina cinsinin bütün növlərini əhatə edir və tropik Afrikanın çox hissəsində parazit kimi yaşayırlar. Onlar əsasən
isti quru mövsüm (sentyabrın sonundan oktyabrın sonuna qədər) artıb çoxalırlar.
Tse adamı dişlədikdə hər bir insanda bir az fərqli simptomlarla özünü büruzə verir. Sonuncular 1-4 həftə ərzində baş verir. Əvvəlcə qızdırma, dəri qızartıları, səpgi, şişginlik və ya boyun ətrafındakı limfa düyünlərinin şişməsi baş verir. Bir neçə həftədən sonra isə infeksiya meningoensefalitə (beyn meningiti) çevrilə bilər”.
____________________________
* Bu etruskdan etdiyim 110-cu tərcümdəir.
2-ci şəkildə TSİ-TSE-ÇEÇE milçəyi.
Tariyel Azerturk
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.