Azərbaycanda ilk milli partiya Difai partiyasıdır.
Bu gün, 10:04
![Azərbaycanda ilk milli partiya Difai partiyasıdır.](/uploads/posts/2025-02/1738600576_1.jpg)
Partiyanın qurucusu, ideya müəllifi Fransada təhsil almış Əhməd bəy Ağaoğludur. Qüvvətli qələmə, kəskin və barışmaz mövqeyə sahib Ağaoğlu həm yazar olaraq, həm redaktor olaraq keçmiş Rusiya əsirliyində olan müsəlmanlar arasında özünəməxsus məqama sahibdir. Rus əsirliyində və əsarəti altında olan müsəlmanların mətbuatının patriarxı Həsən bəy Zərdabi, İsmayıl bəy Qaspıralı olsada milli mətbu oyanışa siyasi canlanma gətirən və forma verən Əhməd bəy Ağaoğlundan başqası deyildir. Bütün ömrü fikri və siyasi qarşıdurmaların içərisində keçmiş Ağaoğlu harada, kimin yanında olmasından, hansı gücün qarşısında olmağından aslı olmayaraq öz sözünün sahibi olmuş, öz fikirlərinin arxasında dayanmışdır. Bu siyasi nəhəng adamı, fikri dühanı, əsarət zəncirlərini düşüncələrdən söküb atmağa, mübarizəyə hazırlamış milli Martin Lütterimizi hər yerdə boğmağa çalışmış, qarşısına səddlər çəkmişlər. Amma bacara bilməmişlər. Döyülmüş, sürgün edilmiş, həbs edilmiş amma dəyişən heç nə olmamışdı. Difai partiyasının proqram və məramnaməsi də onun tərəfindən hazırlanmışdır. Partiyanın proqram və məramnaməsinin arxiv nüsxəsində qeyd olunur ki - "Biz heç bir millətin qanuni hüququna, vicdanına və azadlığına qəsd etmək niyyətində deyilik. Yox və yenə də yox. Bizim firqəmizin yeganə məqsədi Qafqazın ayrı-ayrı xalqları arasında səmimi qardaşlıq və birlik yaratmaqdır. Və əgər Daşnaksutuyun partiyası bizə öz fəaliyyət proqramını səmimi və açıq göstərsə, əgər bu proqram Qafqazın ayrı-ayrı xalqlarının azadlığına və sərbəstliyinə təhlükə yaratmasa, onda biz həmişə həmrəylik əlimizi uzatmağa hazırıq. Lakin əgər o, əvvəlki kimi, müdafiəsiz, dinc müsəlmanların zəifliyindən istifadə edib onlara xaincəsinə hücumları davam etdirərsə, onda biz layiqli cavab verəcəyik və Qafqazı qan meydanına çevirəcəyik. Qoy Daşnaksutuyun əmin olsun: biz heç bir zaman imkan vermərik ki, ermənilər bizim millətin viran olmuş yerlərində özlərinin firavanlığını qursunlar.
Özlərini müsəlmanların rəhbəri sayan, amma əslində xalqı məhvə aparan cənablara qarşı da eyni cür davranılacaq. Firqənin qılıncı daim onların cinayətkar başları üzərində olacaq, onları bütün etdiklərinə görə sərt qisas gözləyəcək.
Ələxsus firqənin təqib edəcəyi o adamlar olacaq ki, xalq arasında təfriqə və ədavət salırlar, ədavət aparan firqələr yaradırlar, xalqa zülm etməkdə hökümətə kömək olurlar, müsəlmanların elmi və siyasi tərəqqisinə mane olurlar".
Difai sadəcə ermənilər, Daşnaksutyunla yox, həmdə çar məmurları, xalqa zülm edən, onların haqqına girən rəhbər şəxslərə, cənablarada mesaj verirdi ki, firqənin qılıncı daimi onların cinayətkar başları üzərində olacaq və onları bütün etdiklərinə görə sərt qisas gözləyəcək.
Qafqaz Süvari Diviziyasının komandiri, general-mayor Qoloşşapovun sui-qəsdi, Gəncə(Yelizavetpol) Qubernatorunun müşaviri Kreşçinskinin öldürülməsi ciddi şəkildə təşkilatlanmış, etibarlı şəxslərdən təşkil olunmuş və tam gücü ilə məxviliyi qoruyan Difainin məranaməsində verilmiş mesajın nəticəsi idi.
Ceyhun Nabi
TEREF