Əlisa Nicat Diogenlik yox, “devitbe”lik edir və ya Manqurtluq... özününkülərə atəş açmaqdır! - Aydın Can yazır
Bu gün, 09:06
TEREF bəzi ixtisarlarla məşhur jurnalist Aydın canın yazısını təqdim edir;
Əslində, bizim bugünkü Azərbaycanın panoramına baxan (əgər baxırsa da hansısa alman, ingilis, fransız) əcnəbidən soruşsan obyektivdə nə görür, kimləri görür, cavab rusca və çox lakonik olacaq: “staya”
YƏNİ: S-Ü-R-Ü. Hətta kütlə, qaragüruh də deməz! Çünki kütlə, qaragüruh bir b.oka yarayır, sürü isə heç ona da yaramır!
Niyə bizə - “XX əsrin xalqı”na, “XXI əsrin Müzəffər Xalqı”na... “sürü” dəyəri verilir?
Çox sadə bir səbəbdən!
"XX əsrin xalqı" adını alanda da “bir kişilik xalq” idik, “XXI əsrin Müzəffər xalqı” adını alanda da: XX əsrdə dalımızda Heydər Əliyevin barmağıyla idik, Nemət Pənahlının hap-gopu, o birilərinin "bayka"ları özünə qalsın, XXI əsrdə də Müzəffər olanda qabaqda İlham Əliyev idi!
Amma ümumi fonda...
Şir Ürəkli Riçardın təbəələri olan ingilis durub demir bizim kralımız əmr etmişdi qubernatorlarına (indiki dillə desək: icra başçılarına) kim ki evlənmək istədi, birinci onun arvadını sən yatağından keçir, sonra getsin ərinin yanına!
İNGİLİS FİLOSOFları bunu yazmır. Amma elə eləmişdilər ki, Şekspiri 1936-cı ildə Lerikdə doğulan Əlisa Nicatın dünyaya gəldiyi kənddə də oxuyurdular!
Əlisa Nicatın varlıqlarına heyrətdən açıla qalan ağzı (və açıla bilən digər yerləri də həmçinin) ilə tamaşa etdiyi almanların... ən axırıncı “uğuru” qaz kameraları, konslagerlər, 60 milyon insan qırğını olub!
Heç bir alman filofosu bunu yazmır, dilə gətirmir, yazmaq istəyən ayrısını da diskriminasiya edir!
Əvəzində, bizə və eləcə də dünyaya Mersedes xanımdan, “Mersedes” maşınından və “mersedes” “nedelka”sından yazdırırlar! Hegel, Heyne, Hesse, Böll də öz yerində!
Fransızlar Gilyotindən, Taleyrandan yazmır, əvəzində özlərinin də “ağpantalonlu qəhbə” dedikləri Janna dö Arkı bizə qəhrəman kimi soxuşdururlar – Əlisa Nicat kimilər də Həcəri qəhbə çıxardır, ağpantalonlu fahişə Jannanı nümunə göstərir!
Əlisa Nicatın bu kontekstdə dediyi bircə bu olub ki, rus çariçası İzmail qalasını alan türk paŞasını paÇasının arasına alıb və həzz dəqiqələri yaşayanda paşaya deyib ki, qürurlanma ki, rus çariçasını basmısan altına, sənin altında uzanan “vseqo liş” rus fahişəsidir, İzmail qalası geri alındı!
Fəlsəfədən, filosoflardan, dünyanın yüz azərbaycanlısından, qızılbaşlardan yazan Əlisa Nicat bu gün Diogenlik nümayiş etdirməliydi!
Cürdəyi çatmadı!
Hər dəfə Şahbaz Xuduoğlunun mərhəmətini qəbul edəndə bir daha gözümdən düşür... Səməd Vurğunu partiyaya yaltaqlanmaqda ittiham edən bu səfsəfəçi!
Niyə?
Mənim həyatımda çoxlu dönəm qadını olub. Həyatımda öz həyatlarını danışan çoxlu, lap çoxlu qadın olub. Empati, simpati, allah-bəndə söhbəti öz yerində, hamısına sonda dediyim bu olurdu:
- Zalımın qızı, tumanını çəkəndə, heç olmasa, bir fərli-başlı kişi üçün çəkəydin də! Sənin altına uzandıqlarının üstünə gedən kimi, “özü gəldi, özü verdi”, sənə “fahişə” deyən oğraşlara tumanını çəkmisən e! Nə özü ərindən, qardaşından, nə atası atandan bir boy artıq kişidir, nə də “rıtsar”, heç dəyər deyilən prinsipin yoxuydu?
Əlisa Nicat, bax, o dəyər prinsipləri olmayan, təki ona qayğı göstərməyən, geyindirməyən, gəzməyə aparmayan “ərindən” qisas alsın deyə, kimə gəldi verən zinakarlar kimidir!
Xalqı dolayısıyla aşağılayan, şəxsiyyətlərini ləkələyən (indi boşananda ərlərinə narkoman, arvadlarına qəhbə çamuru atanlar kimi), özünün zərərdidə, yazıq, məzlum obrazını yaradan fahişələr kimidir!
Əlisa Nicat kimi adamı gərək ən pis formada təhqir edəsən, Baş Prokurorluq da sənin üçün İXM “388 prim 1”lə cinayət işi aça, aparıb qoya 1 ay Binədəqi MSİ-də, tarixdə qala! Ki... belə söyürlər və söymək müstəhəbdir... xalqı dolayısıyla aşağılayan, şəxsiyyətlərini ləkələyən vələdüzzinaları!
Adama sual verərlər ki: ay mən deyən, 1936-cı ildə anadan olmusan, Səməd Vurğun öləndə sənin tam-tamına 20 yaşın vardı, dədən Qulamın da sən boyda oğlu vardı, siz neyləyirdiniz ki onda, Stalini, Mircəfər Bağırovu söyürdünüz, ya Levon Mirzoyanla döyüşürdünüz? Bəlkə Stalinin, Beriyanın, Mirzoyanın qızlarıyla dədən, əmilərin, qardaşların, əmiuşaqların bazlığa gedirdiniz?
Niyə özün Mirzoyanı güllələmirdin ki?
Niyə Səməd Vurğuna, ya Süleyman Rüstəmə, Süleyman Rəhimova, Əli Vəliyevə, Süleyman Vəliyevə “bezdarnı” yazıçı yazmırdın ki? Niyə başqalarından umduğunu özün eləmirdin ki? Axı əməlli-başlı yetkin bir gənc idin?
Bir qızı ala bilməyən (88 yaşında durub deyir ki, 28 yaşında ala bilmədiyim qız haqqında hekayə yazacam, müxbir də demir ki, ay mən deyən, (sənin maymaxlığının təsdiqi olan) o hekayə nəyə lazımdır, kimə lazımdır – o qız ölüb, heç yadındada deyil, ikincisi də, ay “filosof”, nəyi təbliğ edirsən: hərdəmxəyal olmağını? Ki... qızı sevirsən, ala bilmirsən, sənin gözünün qabağında biri çıxır, alır aparır, s...evir, doğuzdurur, ölür gedir, sən 60 il sonra ah-uf edirsən, “sevgi qeyrəti”n 60 ilə təəssüf hissi keçirməyə oyanır? Bir şeiri çap etdirməyin yollarını bilməyən, 50 il sonra Rəzul Rzaya böhtan atmaqla kompensasiya edən biri... niyə FİLOSOF sayılsın ki? A kişi, adamın heç bir fəlsəfi traktatı yoxdur, konsepsiyası yoxdur, filosofların biblioqrafıdır! Vəssalam! Fəlsəfi təmayüllü yazıçıdır! Vəssalam! Fəlsəfəyə baş vuran, amma ət doğrayan qəssaba baxan it kimidir - nəticə çıxarmayan səfehdir!
Filosof xilas fəlsəfəsi ortaya qoyandır!
Diogen şaha baş əyməyib nəticəsini göstərən, amma o nəticəni dəyişməyən biridir – yəni, şorbasını yeyir!
Amma həm də bəyan edir: şaha baş əyməzsən, şorba yeyərsən!
Əlisa Nicat nəinki şaha, çara, krala baş əyməyən, hətta şahın-çarın-kralın icra başçısına quyruq bulayan tula olub: Lənkəran RPK birinci katibi İsa Məmmədovun əlinin altında! O hesaba tikidirdiyi ikimərtəbəli evi də göz çıxardıb Şağlakücə kəndində!
Əlisa Nicat hansı haqla Səməd Vurğuna yaltaq deyə bilər ki?
Əvvəla, Səməd Vurğun yaltaq olmayıb, məddah olub!
Güləsən belə filosofun dil bilgilərinə: yaltaqla məddahın fərqini bilmir!
Yaltaq Əlisa Nicatın özüdür – İsa Məmmədova qulluğu və QULluğu ilə!
Ülvi Bahadır getsin danışdırsın Əlisa Nicatı o dövrdə tanıyan Lənkərandakı vəzifə sahiblərini və soruşsun: İsa Məmmədov – o dövrün Şir Ürəkli Riçardın icra başçıları kimi, birinci özü yatağından keçirdib ərə verdiyi qadınların ərinə vəzifə verəndə bu Əlisa Nicat neyləyirdi? İsa Məmmədovu güllələməyə cəhd etmişdi, yoxsa ona şam tutanlardan biri idi?
Lerikdən gəlib yaşadığı Lənkəranda hansı prinsiplə yaşayırdı: lənkəranlılara qarşı İsa Məmmədov etnogenosidinə qarşı çıxırdı, yoxsa hətta qohumlarını da yaxın buraxmırdı, onların yaralı barmağına ilkin tibbi yardım göstərmirdi ki, mən “ağa nökəri olan” filosofam?
Belə bir adamın haqqımı var kimisə yaltaqlıqda ittiham edə?
Adam nə kimə tuman çəkdiyini bilib, nə də kimə yaltaqlanmağının fərqində olub!
İngilis şairənin “cavansınız, amma saçlarınız ağarıb” sarkazmına Səməd Vurğun Londonda cavab vermişdi: Uca dağların başı həmişə qarlı olur!
Səməd Vurğun Azərbaycan poeziyasının uca dağı da deyil e, o dağın başındakı qardır: əbədi əriməz!
Çünki yaltaq olmayıb, amma və lakin... məddah deyilə bilər! Mədh edib də!
Zalım balası, guya yaltaqlananları həbs etmirdilər?
Yaltaqlananın biri elə Mikayıl Müşfiq!
Nə soxuşdurursan e Mikayıl Müşfiqi, onun üstündə manipulyasiya edirsən e? Guya bilmirsən Mikayıl Müşfiqi niyə tutublar? Haçan və nədən sonra tutublar? Yoxsa hansısa şeirinə görə tutublar Mikayıl Müşfiqi, ya müsavatçı olmağına görə? Həqiqəti deyənsən, sonacan de də!
Mikayıl Müşfiq istedadlı şairlərimizdəndir, amma heç Yesenin qədər də deyil axı! Amma Səməd Vurğun Yesenini nə fizioloji, nə də ədəbi kişi saymayan Mayakovskini də geridə qoyan bir şairdir... istedad, əməl, əxlaq baxımından!
Dostunun bacısından tutmuş iş yoldaşının arvadına, qonşunun gəlininə qədər hamıya sperma atan adamın axırı-aqibəti necə olmalıdır ki? Sən indi ayılmısan münsif olub hökm verməyə? Nə vaxtdan mərceyi-təqlid seçiblər səni fitva verirsən!?
Get s...evdir, şorbanı ye də! Yaltaqlananda da əməlli-başlı kişiyə yaltaqlan! Hərçənd sənə deməyin xeyri yoxdur: cavanlığında İsa Məmmədovun yanında olanın qocalığında Mikayıl Müşfiqə sığınmağı məntiqidir....
Doğrudur, yaş keçdikcə adam xərifləyir, amma Əlisa Nicat hətta o yaşa çatıb ki, həm də ağzından danışığını itirir!
Manqurtluq özününkülərə atəş açmaqdır, öz keçmişini unutmaqdır!
Son 20 ildə 20 dəfə yazmışam: bizə öz tariximizi sildirirlər: öz əlimizlə!
Adını da qoyuruq həqiqəti demək!
Sizin o həqiqətin içinə Mirzə Sakitin nənəsi o söz!
O həqiqət bütün xalqlarda var, amma onların nə yazıçıları, nə şairləri, nə publisistləri sizin kimi, “perşinq”lə, “tomoqavk”la, “bayrakdar”la darmadağın eləmir var olanlarını!
İstər Səməd Vurğunun, istər Bəxtiyar Vahabzadənin, istər Xəlil Rzanın nəsillikcə, ata-babalarıyla bir yerdə tay bərabəri olmayanlar... getsinlər... aşıqlarını atsınlar!
Zamanı və rejimi nəzərə almayıb kimlərisə qəhrəman edənlərin gözü qabağında olub: bir aylıq narkoloji dispanserə aparılanda göz yaşları içində yalvarıb “məni buradan çıxar, nə olar” deyənlər... kişilənməsin! Həqiqəti deməyə bir həqiqət var: onu kişi adamlar deyər!
Ən azı, bu və ya digər şəkildə etiraz edənlər!
Mənim Əlisa Nicata İsa Məmmədovun qulluğunda durmağını irad tutmağa haqqım var!
Atam Məmməd Canıyev 1971-ci ildə, - rüşvəti xərçəng kimi gətirən İsa Məmmədov cəmi iki il olardı birinci katib idi, - ərizə yazıb regional idarənin (yeddi rayonu əhatə edən) kassir-buxqalteri işindən çıxıb, Sov.İKP üzvlüyünə namizədliyə görə verilən zəmanətlər hələ də durur, gedib kanalizasiya təmizləyib! Hər halda, Əlisanın dədəsi Qulam kişinin mağaza müdirliyindən böyük və sanballı iş idi!
Səməd Vurğun Azərbaycan dilinin şəhdi-şəkəridir!
Səməd Vurğun Azərbaycanın poetikasıdır, poeziyada Azərbaycan obrazıdır!
Əlisa Nicat yalan danışır deyəndə ki Müşfiqin, Cavidin əleyhinə yazıb: görkəmli partiya və dövlət xadimi İlyas İsmayılov Azərbaycanın baş prokuroru olanda sovet dövründə arxiv materiallarını sorğulayıb, olmayıb elə donos, şahidlik ifadələri!
Nə yazıbsa əleyhinə, açıq yazıb!
Necə ki dünən mən Pərviz Cəbrayıl, Kəramət Böyükçöl, Şərif Ağayar, eləcə də başqaları üçün yazmışam! Sizin fikrinizcə, mən onları tutdurmaq üçün yazmışam? Və yaxud, onları hər hansı ayrı əməlinə görə tutsaydılar, mənə qəhbə qaxıncı olmalıydı ki, Aydın Can onların əleyhinə yazıb?
Özünüzü kütlüyə və manqurtluğa qoymayın!
Səməd Vurğun BÜTÜN HALLARDA itlərin hürdüyü karvandır!
Səməd Vurğun bütün hallarda qara buludların üşüyəndə istisinə sığındığı Günəşdir!
Səməd Vurğun bütün hallarda Azərbaycan şeirinin ağsaçlı qarlı zirvəsidir!
Əvvəla, Səməd Vurğun daldeydə Mikayıl Müşfiqin əleyhinə yazmayıb, yazıb deyirsənsə, deyirəm əcəb edib: buna o adamlar etiraz edir ki, onlar bacılarını dostları ilə görəndə üzlərini yana çevirirlər, o adamlar etiraz edir ki, iş yoldaşlarının arvadları ilə dostlarını kabinetdə stol üstündə s...evişən görəndə “supermen” deyirlər, o adamlar etiraz edir ki, qonşu gəlinini çəpər dalına çəkilən görəndə... hətta öskürmürlər də!
Məni qonşuda gəlinin uşağı olmadığına görə atama “dədə”, anama “dodo” deməkdən məhrum edən kişinin oğluyam!
Mən qonşular görməsin deyə, həyətdə heç vaxt qısaqol köynəkdə gəzməyi özünə rəva görməyən, 40 dərəcə istidə torpaqla əlləşən kişinin oğluyam!
Məndə kimsənin ARTIQ tarixdə olmayan dövlətin dünyasını dəyişmiş şairinə güllə atan 9b “filosof”unun qatıqlaması... ərinin seksual ehtiyaclarını ödəyə bilmədiyi qadının oynaş axtarışından artıq reaksiya yaratmır!
O halda Əlisa Qulam oğlu Hüseynovun dedikləri dəyərli olardı ki, dədəsi Qulam kişi Levon Mirzoyana qarşı üsyan təşkil etmiş olaydı!
O halda reaksiya yaranardı Əlisa Nicat İsa Məmmədova yaltaqlanmaqdansa, ölmüş Stalinin, Beriyanın qızını, bacısını tapaydı, mazaqlaşaydı!
Əlisa Nicat... Səməd Vurğunu partiyaya, Stalinə, Mircəfər Bağırova yaltaqlanmaqda ittiham edir, bu hesaba xilas olduğunu deyir, amma özü əvvəli icra başçısı, axırı da Şahbaz Xuduoğlunun payəndazındadır!
Hərçənd yerini şirin salmağa xidmət etsə də, çox acı görüntüdür!
Aydın Can