Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI

Bu gün, 17:42           
Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qumar oyunlarının qanunsuz təşkilinə qarşı genişmiqyaslı əməliyyat keçirib. Əməliyyat nəticəsində ölkədə "qumar kralı" kimi tanınan Yusif Baqiyev (Şəkili) saxlanılıb.

Yusif Baqiyev Bakıda fəaliyyət göstərən bir neçə məşhur restoranın, o cümlədən "Medalyon" və "Nuxa" restoranlarının sahibidir.

Qeyd edək ki, ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə-xüsusilə külli miqdarda gəlir əldə etməklə ) maddələri ilə ittiham elan edilib.

/Ajans.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.