Batin alimi yazır: Amon Allahın qəbri Azərbaycandadır!

Bu gün, 10:18           
Batin alimi yazır: Amon Allahın qəbri Azərbaycandadır!
Qədim Misir mənbələrinə görə insaniyyətlə bağı hər şeyi, mətnlərdə Təkdüz (Takdiz) Amon adlanan, Kitabi Dədə Qorqudda isə Bəkdüz Əman kimi qeyd olunan Azəri pirlərinin cəddi Əman yaratmışdır. Mənbələr bu pir Əmanı - firon Amon və ya Amon Allahı da adlandırır ki, O bütün Misir Allahlarının Atası və Ağası sayılırdı. Mətnlərdə Ra-Amon kimi də tanınan bu Allah Quranda Rəhman Allah kimi keçir.

Firon Amon ilkin materiyanın, yəni əvvəli və sonu olmayan, doğmayan, doğulmayan İlahın sirlərini dərk edərək, ondan maqiya və teurqiya vasitəsilə Ra diski yaradır. Daha sonra pir Əman bu Ra diski vasitəsilə göydə İlahdan El, yəni El-İlah - Allah yaradır. Mən internet səhifələrimdəki "İlahdan Allah yaratmış Türk bəgi kimdir?" adlı məqalədəmdə bu haqda geniş yazmışam (sayt: https://firudin.blogspot.com/2024/03/ilahdan-allah-yaratms-turk-bgi-kimdir.html?m=1).

Pir Əman öləndə, onun ruhu ərşə yüksələrək, göydəki Ra diski ilə birləşib, Ra-Əman, yəni Rəhman Allaha çevrilir. Mənbələrdə pir Əmanın Ra diski ilə birləşən ruhu - İssi (Sia) adlanır ki, bu birləşmədən yaranan Ra-Əman Allahı mətnlərdə İssi-Ra, yəni Asar, Azər, Aşşur Allahı kimi də qeyd olunur. Yunan mənbələri Onu Osiris Allahı adlandırır.
Beləcə təxminən 5510 il əvvəl göydə Rəhman və ya Azər adlanan Allah yaranır və ərşə hakim olur.

Bütün bu hadisələr Azərbaycanın cənub bölgəsində - Yardımlı rayonu və göylərində baş vermişdir ki, Misir mənbələrində bu yer Kadeş şəhərinin Azəri (Aziru) şahlığı adlanır. Qədim yəhudi yazılarında Kadeş ərazisi Kades kimi keçir və bizlərə bu rəmz Kadus kimi məlumdur. Başqa sözlə, Rəhman və ya Azər adlanan Allahın vətəni - qədimdə Ərdəbil əyaləti sayılan, bu gün isə Azərbaycanın Yardımlı rayonu adlanan müqəddəs (kadus/kuddus/kodeş) mahaldır.

Mən, internet səhifələrimdəki "Göydə çənnət yaratmış Azəri bəgləri – Şəddadilər" adlı məqalədə elmi sübut etmişəm ki, göydə Allah yaradan teurq-türklərin şad, yəni seyid bəgləri, cənnəti məhz Yardımlı rayonu ərazisində yaratmışlar (sayt: https://gilarbeg.wordpress.com/2020/09/20/goyd%C9%99-c%C9%99nn%C9%99t-yaratmis-az%C9%99ri-b%C9%99gl%C9%99ri-s%C9%99ddadil%C9%99r/). Bu yaradılışın texnologiyası və sirləri haqda mən, "Тайна метафизического золотого храма царя Соломона" adlı məqaləmdə ətraflı yazmışam (sayt: https://firudin.blogspot.com/2023/09/blog-post_19.html?m=1). Hürufilər - "Vəhdətin Günəşi ilk kəs Azərbaycanda göründü.

Çünki Tanrı bu ölkəni kutlamışdır. Peyğəmbərlərin və müqəddəslərin parıldayan almazıdır" dedikdə, Günəş Allahı Ra-Amonun məhz bu ərazidən ərşə yüksəlməsini nəzərdə tuturdular. Rəhman Allah məhz buradan göyləri fəth etmiş, Onun qəbri də buradakı Qades (Kadus) mağarasında qorunur. Bu mağaranın qapısı bir də axirətdə açılacaq və qədim dünyanın bütün sirləri hamıya aydın olacaq.

Firudin Gilar Bəg
17.03.2025












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.