1827 - ci ilin oktyabr ayının 1 də mənim doğma şəhərim olan İrəvanım və sonuncu xanlığımız Ruslar tərəfindən işğal oldu...!

1-10-2018, 12:35           
1827 - ci ilin oktyabr ayının 1 də mənim doğma  şəhərim olan İrəvanım və sonuncu xanlığımız Ruslar tərəfindən işğal oldu...!
1 oktyabr İrəvan qalasının ruslar tərəfindən işğalının ildönümüdür.
Bu tarixi hadisələr haqqında kiçik yazını oxucularına təqdim edir.

Ümumiyyətlə 1827-ci ilin 1 oktyabr tarixində baş verən bu hadisə ermənilərin Qərbi Azərbaycana köçürülməsini və yerləşdirilməsini daha da sürətləndirdi. 1441-ci ildə erməni katolikosluğunun Kilikiya ərazisindən Qərbi Azərbaycan ərazisində Qaraqoyunlu dövlətinin torpaqlarına-Üçkilsəyə köçürülməsindən sonra başlamışdır.


İrəvan xanlığı ərazisindəki Azərbaycan torpaqlarının ermənilər tərəfindən hansı yolla ələ keçirilməsi Mateadaranda qorunan 1687-ci ilə aid sənəddə də öz əksini aydın şəkildə tapmışdır. Sənəddə göstərilir: “... Biz (yəni ermənilər nəzərdə tutulur) bu xanlığın ərazisindəki torpaqları ya satın alır, ya işğal edir, ya da sahibin əlindən çıxarır, ya rüşvət verib alır, ya bəxşiş kimi əldə edir və yaxud zorla ələ keçiririk. İrəvan xanlığının başçısı Hüseynəli xanın hakimiyyəti vaxtında (1762-1783) xanlığın sərhədləri daha da böyüyərək Şorayel bölgəsinə qədər uzanmışdır.

Həmin vaxt İrəvan şəhəri-şimaldan Qırxbulaq, qərbdən və cənub tərəfdən Zəngibasar mahalları, şərqdən Qərbibasar (Körpübasar) mahallarından ayıran Oxçubert dağının daşlı pillələri ilə həmsərhəd idi.

İrəvan xanlığı cənubdan Maku xanlığı, cənub-şərqdən Naxçıvan xanlığı, şərqdən Qarabağ xanlığı, şimal-şərqdən Gəncə xanlığı, şimaldan Kartli-Kaxeti çarlığı və qərbdən Osmanlı İmperiyası ilə həmsərhəd idi. İrəvan qalasının işğal planı Sankt-Peterburqda cızılmışdı. Ancaq ilkin plan əvvəlcə Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı Aleksey Yermolovun (1816-1827) etirazlarına görə, sonra isə baş qərargah rəisi İvan Dibiç-Zabalkanskiy tərəfindən dəyişdirilmişdi.

827-ci ilin mayında general Aleksandr Benkendorf İrəvan ətrafına gəldi, ancaq şəhəri mühasirəyə almadı. Benkendorfun niyyəti Abbas Mirzənin düşərgəsinə hücum etmək idi. Qacarlarla döyüş itkilərə səbəb oldu. Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı İvan Paskeviç (1827-1831) Benkendorfun öncü birliyini general-leytenant Afanasiy Krasovskinin əsgərləri ilə əvəz etdi. İrəvan mühasirəsi zamanı quraqlıqdan əziyyət çəkən Krasovski mühasirədən vaz keçməyə məcbur edildi.


Paskeviç Sərdarabad qalasını ələ keçirdikdən sonra İrəvana hərəkət etdi. Krasovski mühasirə qoşunlarının başçısı təyin edildi. İrəvan qalasına rəhbərliyi xanın qardaşı Həsən xan Qacar edirdi. Üç gün sonra rus ordusu İrəvan ətrafında mühasirə işlərinə başladı. Ruslar şəhəri bombardman edir və şəhər qarnizonu da onlara cavab atəşi açırdı. Təcrübəsiz qarnizon topçuları ruslara ziyan verə bilməsə də rusların bombardmanı qala divarlarının dağılmasına səbəb oldu. Bir həftəlik müqavimətdən sonra şəhər ruslar tərəfindən işğal edildi və İrəvan xanlığı süqut etdi.

22 fevral tarixində Qacarlar dövləti və Rusiya imperiyası arasında imzalanan Türkmənçay müqaviləsinin şərtlərinə görə İrəvan xanlığı, Naxçıvan xanlığı və Lənkəran xanlığının bir hissəsi Rusiya imperiyasının tərkibinə keçdi. İrəvan və Naxçıvan xanlığı, həmçinin Ordubad mahalının ərazisində qurulan Erməni vilayəti İran və daha sonra Osmanlı imperiyasından ermənilərin miqrasiyası üçün cazibə mərkəzi oldu.

İrəvan qalasının birinci mühasirəsi

1827-ci ilin mayında general Aleksandr Benkendorf İrəvan ətrafına gəldi, ancaq şəhəri mühasirəyə almadı. Benkendorfun niyyəti Abbas Mirzənin düşərgəsinə hücum etmək idi. Bunun üçün üç topla kazakların iki polkunu və bir yüngül piyada batalyonunu ayırdı. Çayı keçən əsgərlər qarşı sahildə qacarların hücumuna məruz qaldı. Kuban kazakları cəsarətlə onlara qarşı mübarizə aparakən, Don kazakları onlara kömək etmədi. 300 rus əsgər öldü, qalanlar piyada və topların köməkliyi ilə geri çəkildi.


Mart ayında Tiflisdən hərəkətə keçmiş Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı İvan Paskeviç (1827-1831) iyunda Benkendorfun öncü birliyi ilə birləşdi. Benkendorfun öncü birliyini aclıq və xəstəlik yormuşdu və farsların düşərgəsinə edilən süvari hücumu itkilərə səbəb olmuşdu. Ona görə də bu birlik general-leytenant Afanasiy Krasovskinin əsgərləri ilə əvəz edildi. Əsgərlərin digər hissəsi isə Qərniçay yaxınlığında yerləşdirildi.

Bundan sonra Paskeviç Abbasabad qalasına doğru hərəkət etdi. Avropa üslubunda tikilmiş bu qala Naxçıvan xanlığının müdafiəsində stratejik əhəmiyyət daşıyırdı. Abbas Mirzə qalanın müdafiəsini Ehsan xan Kəngərliyə tapşırmışdı. Məhəmmədəmin xan Dəvəli və bəxtiyarilərin başçısı Abbas xan ona dəstək üçün göndərilmişdilər. Qala ərəb qeyri-regulyar piyada qoşunu və Kəngərlilərin qoşun batalyonu tərəfindən müdafiə edilirdi. Ruslar nərdivanlar vasitəsilə qalaya dırmaşmaq istədikdə böyük itkilər verdilər və mühasirəyə davam etdilər. Ehsan xan Paskeviçlə gizli danışıqlara başladı və qalanın qapılarını ruslara açdı. O, Naxçıvan xanlığının naibi elan edildi. Abbas Mirzə Cavanbulaqda məğlub olduqdan sonra Naxçıvan xanlığı Rusiya vilayətinə çevrildi, ruslar üçün Təbrizə gedən yol açıldı.

1827-ci ilin yayının isti keçməsi İrəvan mühasirəsindəki Krasovskinin ordusuna əziyyət verirdi. Günəşdə temperatur 53.7°C, kölgədə isə 41.2°C idi. Yerli iqlim Rusiyadan təzə gələn əsgərlərin kütləvi şəkildə xəstəliklərə tutulmasına səbəb olurdu. Qızdırma və yayılan dizenteriyaya görə döyüşə girə biləcəklərin sayı 4000-dən az idi. Avqustda Paskeviç Qafqazdakı rus ordusunun vəziyyətini təsvir edərkən I Nikolaya məlumat verdi ki, istilər davam edir, otluq yoxdur, atlar yorulub və əsgərlərin üçdə bir hissəsi hospitaldadır. 1800 nəfərlik polklarda təqribən 1000 nəfər qalmışdı (qvardiyada isə xəstələr 200-dən çox deyildi, 900 nəfər isə silahlı idi). İki ay yağışsız keçdikdən sonra Krasovski mühasirədən vaz keçməyə məcbur edildi. Beləliklə, İrəvanın mühasirəsini dayandırmaq və payızın başlanmasından əvvəl dağlara hərəkət etmək qərara alındı. Mühasirənin dayandırılmasının başqa bir səbəbi də o idi ki, azuqə və mühasirə silahlarının gətirilməsi avqustdan əvvəl gözlənilmirdi.



3 iyul gecəsi diviziya mühasirə pozisiyasından geri çəkildi və Üçmüədzin monastırına getdi. Monastırda xəstə əsgərlər üçün xəstəxana qurulmuşdu. 24 iyunda 2000-ə qədər əsgər azuqənin hazırlanmasına başladı. Krasovski qida ehtiyatı topladıqdan və monastrı silahlandırdıqdan sonra bir süvari batalyonu və erməni könüllülərindən ibarət kiçik bir birliyi burda qoyaraq öz korpusu ilə birlikdə Baş-Abaranskoy yüksəkliklərinə getdi və Cenquli mərzində düşərgə saldı.

İrəvan sərdarı Hüseynqulu xan Üçmüədzin monastırında yalnız Sevastopol polkunun bir batalyonu olduğunu öyrənəndən sonra 15 iyul tarixində İrəvan qalasından hücuma keçdi. Bu zaman Alagöz dağının mailliyində Krasovskinin əsgərlərinin hərəkətinə nəzarət etmək üçün Nağı xanın rəhbərliyi ilə 1000 nəfərlik qarapapaq süvari dəstəsi yerləşirdi. Monastırın mühasirəyə alındığı xəbərini alan Krasovski Üçmüədzinə doğru hərəkətə keçdi. Qaraqapaq dəstəsindən Krasovskinin hərəkətlərini öyrənən Hüseynqulu xan mühasirəni dayandırdı və əvvəl Sərdarabada doğru geri çəkildi, sonra da İrəvana getdi.

İrəvanın ikinci mühasirəsi

Sərdarabad qalası işğal edildikdən sonra Paskeviç İrəvan qalasına hücuma keçdi. İvan Paskeviç Sərdarabadda qarnizon qoyaraq 5 oktyabr tarixində İrəvana hərəkət etdi. O, İrəvana hərəkət etməzdən əvvəl Naxçıvandakı ordunun komadanlığını general-leytenant knyaz Georgi Eristova həvalə etmişdi. Ona kömək etməsi üçün polkovnik Nikolay Muravyov təyin edilmişdi. Abbas Mirzə rusların sayca az olmasından istifadə edərək Naxçıvanı işğal etmək istədi. Fars avanqardı Naxçıvandan 7 verst məsafədə olanda Eristovun köməyinə 4 min piyada və 2 min süvariyə yaxın əlavə qoşun gəldi. Abbas Mirzənin ordusu Arazın o tayına çəkildi.


Rus ordusu İrəvandan 2 verst aralı, Zəngi çayının sahilində yerləşdi. Krasovski mühasirə qoşunlarının başçısı təyin edildi. İrəvan qalasına rəhbərliyi Həsən xan Qacar edirdi. Sərdarabad qarnizonunun sağ qalan üzvləri də İrəvan qarnizonuna qoşulmuşdu. İrəvan xanı Hüseynqulu xan Qacar fars ordusunun geri çəkilməsindən sonra İrəvandan çıxaraq Maku qalasına sığınmışdı. Ruslar kəşfiyyat işi aparandan sonra hərbi şurada İrəvan qalasının işğal planı işlənib hazırlandı.

8 oktyabr tarixində rus ordusu İrəvan ətrafında mühasirə işlərinə başladı. Ruslar şəhəri bombardıman edir və şəhər qarnizonu da onlara cavab atəşi açırdı. Ancaq qarnizon topçuları təcrübəsiz olduğundan ruslara ziyan verə bilmirdilər. Şəhərin mühasirəsi dekabristlər üsyanında iştirakına görə sıraviliyə qədər alçalmış köhnə mühəndis Puşkinin ağıllı göstərişləri nəticəsində qızğın şəkildə davam edirdi. İki gün sonra qala divarı, qüllə və tikilər, həmçinin mağzallar artıq böyük ziyan görmüşdü. 11 oktyabr günü qalanın cənub-şərq hissəsində yerləşən qüllə, ona bitişik sədd və bir nеçə mazğal ruslar tərəfindən dağıdıldı. Paskeviç Həsən xana təslim olmağı təklif etdi. Bir gün sonra Həsən xan elçi göndərərək Abbas Mirzənin istəyi ilə qalanı təslim edəcəyini bildirdi.

13 oktyabr tarixində şəhər ruslar tərəfindən işğal edildi. Həsən xan qaladan qaçmaq istəsə də kazakların atəşinə görə geri döndü. Rus ordusu şəhəri qarət etmək istədi, ancaq Paskeviç şəhərə daxil olduqdan sonra bu özbaşınalıq dayandırıldı. Həsən xan həbs edildi və onun ən dəyər verdiyi malı — Topal Teymurun qılıncı Krasovski tərəfindən Rusiya imperatoruna göndərildi. 4 min fars piyadası əsir edildi və 49 top ələ keçirildi. Mühasirə zamanı rus ordusundan 1 zabit, 8 əsgər ölmüş, 2 zabit və 44 əsgər yaralanmışdı.


Ermənilərin köçürülməsi

İşğaldan sonra ermənilərin keçmiş İrəvan xanlığını köçürülməsi başlandı. Köçürülmələrdən əvvəl əhalinin 80%-i müsəlmanlar (farslar, azərbaycanlılar, kürdlər), 20%-i isə xristianlar ermənilər təşkil edirdi. İrəvanın alınmasından dərhal sonra Rusiya erməniləri öz bayraqlarının və erməni idarəçiliyinin olacağı muxtar erməni regionu qurulması ideyasını irəli sürdülər. Xristofor Lazarev, Aleksandr Xudabaşev və Moisey Arqutinskiy-Dolqorukiy kimi rus ordusunda xidmət edən ermənilər rus protektoratında muxtar erməni knyazlığı qurulması üçün plan hazırladılar. Ancaq imperator I Nikolay (1825—1855) bu plandan imtina etdi və paytaxı İrəvan olan və rəhbərliyin ruslardan təşkil edildiyi Erməni vilayəti qurulması planını təqdir etdi. Bu vilayətin ərazisi Naxçıvan və İrəvan xanlığını və Ordubad mahalını (demək olar ki müasir Ermənistan və Naxçıvan Muxtar Respublikası) əhatə edir.


Türkmənçay müqaviləsinin XV bəndində İran Azərbaycanında yaşayan Qacar təbəələrinin bir il ərzində Rusiyaya maneəsiz köçməsini nəzərdə tuturdu:

Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəqələrindən hazırki müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir... Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir...

İran hakimiyyəti əhalinin köçürülməsinin itkilərə səbəb olacağının başa düşəndə onların mülkiyyətlərini satmasını gizli şəkildə qadağan etdi. Köçürülmə işinə başçılıq edən L.E. Lazarev mühacirlərin siyahısını düzəltdi və kasıblara pul verdi. 3 ay yarım ərzində 8 mindən çox ailə (təqribən 40 min nəfər) Arazın o tayına keçdi...
Teref.az
Nurəddin Xoca
mənbə:ölkə.az














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.