Bakıda apteklərdə qanunsuz psixotrop dərmanlar satılır -FOTO,VİDEO

14-10-2015, 21:11           
Bakıda apteklərdə qanunsuz psixotrop dərmanlar satılır -FOTO,VİDEO
Hüquq-mühafizə orqanları hara baxır..?
Qafqaznews.az bir neçə aptekdə reydlər keçirib. Reyd zamanı Bakıda bir neçə aptekdə reseptsiz, dövlət tərəfindən satışı qadağan olunmuş psixotrop dərmanların satışı aşkar olundu. Qafqaznews.az-ın əməkdaşları Nərimanov rayonu ərazisində Azadlıq prospekti 235 C ünvanında yerləşən “Elnur” aptekində və
qonşuluqda Azadlıq 235 D ünvanında yerləşən aptekdə dövlət tərəfindən qadağan olunmuş Lyrica , Tramadol, Tropin, Contramal dərmanlarının satışı ilə məşğul olan əczaçıların çəkilişini aparıb. Sonra əməkdaşımız Nəsimi rayonu ərazisində Asif Məhərrəmov 54 ünvanında, “İmperial” şadlıq sarayının binasına bitişik “Ekonom” aptekdə və “24 saat” aptekində də çəkiliş apararaq eyni mənzərəni “lentə alıb”. Həmin aptekin satıcısı da dövlət tərəfindən satışı qadağan olunan Lirika psixotrop dərmanını satarkən əməkdaşımız tərəfindən çəkilib. Apteklərlə bağlı araşdırmalarımız davam edir. Bizi izləyin.



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru