Əziz və Vahab Məmmədovların Star.Gsm fırıldağı
14-10-2015, 21:20
Heydər Babayevin qəyyumu olduğu qardaşlar vətəndaşları necə aldadırlar?
Bu gün qafqaznews.az saytının redaksiyasına Star.Gsm şirkəti barədə şok məlumatlar daxil olub. Məlumat üçün bildirək ki, uzun illərdir Əziz və Vahab Məmmədov qardaşları sabiq nazir Heydər Babayevin nəzarəti altında olan Star.Gsm şirkətində etmədikləri fırıldaq qalmayıb. Star.Gsm şirkətinin 28 may küçəsində yerləşən mağazalarında daxili kreditlər verilərək bir çox saxtakarlığa əl atılır. Pula ehtiyacı olan şəxsləri aldadaraq Star.Gsm şirkətinə gətirib daxili kredit vasitəsi ilə 2500-3000 min manata imza atdırıb əvəzində 300 manat pul verirlər. Şirkətdə serjant rütbəsində olan hərbçiləri gizir kimi sənədləşdirib çox məbləğdə pulu həmin hərbçinin üstünə kredit yazmaq üçün bir çox saxtakarlığa əl atılır. Sonra da təcili pula ehtiyacı olan hərbçiyə bildirirlər ki, hər ay sənə verdiyimiz qrafiklə 10-20 manat pul ödə ki, səni axtaran olmasın. Pula ehtiyacı olan imkansız hərbiçi 300 manat pulu əldə etmək üçün heç özü də bilmir ki, nəyə imza atır. Ortada vasitəçilik edən şəxs isə hərbçinin adına yazılan kredit mallarını götürərək satır və sonra 300 manat pulu hərbçiyə verir.
Zərərçəkmiş şəxslər bizimlə söhbətdə bildirdilər ki, ortada vasitəçilik edən şəxsin bu birinci fırıldağı deyil. O həmişə Star.Gsm şirkəti ilə əməkdaşlıq edərək indiyədək bu yolla xeyli şəxsi bədbəxt edib. Apardığımız araşdırma nəticəsində məlum oldu ki, Əziz və Vahab Məmmədov qardaşları vaxtı ilə hətta ölkədə telefon monopoliyasını əllərində saxlaya biliblər. Bunu etmək üçün onların Heydər Babayev kimi güclü “krışa”sı olub.
Qafqaznews.az bildirir ki,hətta Əziz və Vahab qardaşları öz yaxınları ilə söhbət zamanı deyirlər ki, bizim ağsaqqalımız Heydər Babayevdir. Heydər Babayev nazir olanda Əziz Hava Limanının gömrük idarəsinin maliyyə şöbəsində çalışıb. Elə o vaxtlar Star.Gsm-ə verilən telefon monopoliyasının telefonlarını aeroport vasitəsi ilə özü çıxardaraq Star.Gsm şirkətinə təhvil verirdi. Sonra Heydər Babayev işdən azad olunan kimi, bu qardaşların qələmini qıraraq monopoliyanı əllərindən aldılar. Əziz gömrükdən xaric olundu və ölkəni tərk edərək Moskva şəhərinə üz tutdu.
Aldığımız məlumata görə, o hazırda da Moskvada Heydər Babayevin obyektlərini işlədir. Digər əldə etdiyimiz məlumata görə Star.Gsm şirkətinin başında rəhbəri Vahab Məmmədov olmaqla Azercell şirkətinin distribüterlərinə payladıqları mobil telefonların qalıqlarını geri götürmək istəməyərək onları məcbur edirdilər ki, həmin telefonları şəxsiyyət vəsiqəsi ilə daxili kreditlə öz müştərilərinə sırısınlar. Əlbəttə distribüterlər bunların təklifinə rədd cavabı verəndə, onlar distribüterləri məhkəməyə verirdilər.
Bir sözlə, Star.Gsm üçün əsas olan bircə dəfə müştəri ilə əlaqə qurmaqdır. Sonra isə həmin müştəri ilə ancaq məhkəmə çəkişməsində görüşürlər. Əldə etdiyimiz digər məlumata görə bu cür özbaşınalıqlar Star.Gsm şirkətinin Sumqayıt filialında daha geniş tüğyan edir. Orda hətta filialın qabağında “Ford” furqonu dayanaraq birbaşa maşının içindən kredit və kredit qurbanlarının “fətva”sı verilir. Araşdırmamız davam edir. Bizi izləyin.