Ov hərisi olan icra başçımız kimdir

21-04-2015, 16:45           
Ov hərisi olan icra başçımız kimdir
“Yaxşı ov yeri var” xəbəri verilərsə, toplantını yarımçıq qoyub, yola çıxar”
Ölkənin bəzi məmurlarının özünəxas cəhətləri, xarakterləri və hobbiləri var. Onların arasında əyləncə sevənlərdən tutmuş, şahmat oynayana, ov həvəskarı olanlar da az deyil.Həmin sırada olanlardan biri isə bizim yazının qəhrəmanı Abidin Fərzəliyevdir. Digərlərindən fərqli olaraq, icra başçısının əsas hobbisi ov etməkdir və bu həvəs o qədər şiddətlidir ki, iclasın ən qızğın yerində Fərzəliyevə «yaxşı ov yeri var» xəbəri verilərsə, toplantını yarımçıq qoyub, yola çıxar.
Məlumatlarda qeyd olunur ki, Nərimanovun icra başçısı bir çox dövlət qoruğlarına gedərək, orada qanunsuz ovla məşğul olur. Bakının, hətta xaricdəki ən məşhur ovçuluq dükanlarından aldığı silahlardan yararlanan Fərzəliyevin bu silah-sursat üçün ildə on minlərlə manat xərclədiyi də deyilir. Bundan əlavə, onun ov etmək üçün özünəməxsus müxtəlif cins itləri vardır və həmin itlərin sayı 20-yə yaxındır ki, onlara da xüsusi baxıcılar baxır. Məlumata görə, icra başçısı ova 10-a yaxın müxtəlif «Cip» avtomaşınları ilə gedirmiş və onunla bu istirahət mərasiminə prokuror, hakim və digər vəzifəli şəxslər də qoşulurmuşlar.
Digər bir məlumata görə bir müddət öncə Nərimanovun icra başçısı 15 günük məzuniyyətə çıxıb və boş vaxtlarını səmərəli keçirmək üçün Şamaxı istiqamətinə yol alıb. Bir neçə «Jeep» maşını, bahalı ov tüfənglərinə qurşanan ovçu məmurlar dağlarda keçi vurmaq həvəsinə düşüblər. Mənbənin iddiasına görə, Fərzəliyev və daha iki dostu dağ keçisinin izinə düşərək xeyli dərinliyə gedib çıxıblar. Lakin bu zaman başlayan çovğun icra başçısı isə dostlarını çıxılmaz vəziyyətə salıb. Hətta iş o həddə çatıb ki, Bakıdan onlarla 6 saat əlaqə yaratmaq mümkün olmayıb. Nəhayət, 6 saatdan sonra icra başçısı və dostlarının yerini müəyyən etmək mümkün olub və onları oradan çıxarıblar.
İtlərdən ibarət kolleksiya və 20 min manata ingilis iti
Ov həvəskarı olan Nərimanovun icra başçısı Abidin Fərzəliyev növbəti mövsümə hazırlıq üçün bir sıra addımlar atmağa başlayıb. Yayılan xəbərlərə görə, icra başçısı ovda istifadə etdiyi itlərin sayını artıraraq, onların arasına daha bir yeni cins heyvan əlavə edib. Məlumatda deyilir ki, Fərzəliyevin yeni cins ov iti İngiltərədən gətizdirilib və onun qiyməti 20 min manata yaxındır. Bu heyvanın saxlanılması və təlim görməsi üçün də elə həmin ölkədən təlimçi dəvət edilib. Onun da hər ay heç də kiçik olmayan məbləğlərdə əmək haqqı alacağı vurğulanır.
Bu əsnada bildirək ki, Abidin Fərəzliyevin bundan əlavə daha bir-neçə cins ov itləri var. Onların aylıq qida və saxlanma xərclərinin on min manatdan çox olduğu iddia edilir. Vurğulanır ki, icra başçısının ovda əsas köməkçiləri olan bu heyvanlarla pis davranmaq qəti qadağandır. Əgər belə bir hal baş verərsə, Fərzəliyev onları ən ağır formada cəzalandırar.
Bütün bunlarla ə\laqədar Abdin bəylə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.