Səfər Mehdiyev Masallı görüşündə arxa qapıdan qaçdı – Skandal

31-08-2019, 13:04           
Səfər Mehdiyev Masallı görüşündə arxa qapıdan qaçdı – Skandal
Avqustun 29-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin Masallıda sahibkarlarla görüşü skandala səbəb olub.

İş adamlarının sözlərinə görə, rayondakı Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda izdiham müşahidə edilib. S.Mehdiyev xeyli sayda sahibkarın növbəyə dayanaraq onunla görüşmək istəməsinə görə qəbulu yarımçıq qoyub. Masallıda cəmi 4 iş adamı onun qəbuluna düşə bilib və komitə sədri arxa qapıdan aradan çıxıb. Onlarla şikayətçi isə DGK sədri ilə görüş tələb etsə də, qəbulun yarımçıq dayandırılmasının səbəbi məsul şəxslər tərəfindən heç bir əsasla izah verilməyib. Sahibkarların ədə etdiyi məlumatda deyilir ki, S.Mehdiyev onun üçün Masallıda təşkil olunan ziyafətdən də narazı qalıb. Bu tədbirin təşkilatçılığının Bakı şəhər Baş Gömrük İdarəsində çalışan, Masallıda iş adamı Xudayar bəyin oğluna həvalə edildiyi bildirilir.

Lakin onun açdığı süfrədən narazılıq etmiş gömrük rəisi möhkəm qəzəblənib və rayonu tərk edib. Sahibkarların isə üzləşdiyi problemlərlə bağlı S.Mehdiyevə danışmaq arzusu ürəklərində qalıb.

Reportyor.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru