Polis rəisinin tikdirdiyi dəbdəbəli sarayın fotoları yayıldı

2-09-2019, 16:33           
Polis rəisinin tikdirdiyi dəbdəbəli sarayın fotoları yayıldı
Tovuz rayonundan olan bir qrup sahibkar rayonun Polis Şöbəsinin rəisi Şirzad Əsgərovdan şikayətçidir.
“Yeni Sabah” xəbər verir ki, adları çəkilməyən anonim sahibkarlar Criminal.az saytına şikayətlərində polis rəisi Şirzad Əsgərovun rayonda özünə dəbdəbəli villa tikdirdiyini və tikinti xərclərini də sahibkarlara ödətdirdiyini iddia ediblər.

”Şirzad Əsgərov polis şöbəsinin işçilərini və sahibkarları bezdirib. Deyilər ki, rəisin evi tikilib qurtarsa, rahat nəfəs alardıq. Hər həftə evin tikilməsi üçün hamıdan pul yığır”.

Polis rəisi isə sözügedən sayta açıqlamasında ittihamları rədd edib və bildirib ki, deyilənlər böhtandır: “İlk olaraq deyim ki, mən villa tikdirmirəm və sahibkarlardan da pul yığımıram. Əgər ev tikdirsəm belə, sahibkarlardan pul yığmaram. Kimsə gəlib desin ki, Şirzad Əsgərov ondan bir qəpik alıb, bir kisə sement istəyib. Nə vaxtsa ev tikdirsəm belə, ona görə kimisə incitmərəm, ah-nalə ilə tikdirilən evdə yaşamaq olar?”

Təqdim olunan fotolardan isə belə görünür ki, söhbət adi villadan yox, əməlli-başlı “şah sarayı”nın tikintisindən gedir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru