Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadada milyonluq şirkəti və mülkü aşkarlanıb.

3-09-2019, 07:47           
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadada milyonluq şirkəti və mülkü aşkarlanıb.
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadada şirkəti və mülkü aşkarlanıb.
Teref.az xəbər verir ki, Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadanın paytaxtı Torontonun “North York” bölgəsində şirkəti və mülkü var. İcra başçısının oğlunun Kanadadakı mülkünün 1 milyon 300 min dollar olduğu göstərilir.


Qeyd edək ki, ölkəmizdə dəbdəbəli həyat tərzi sürən məmurlarından biri də Saatlının icra başçısı Nazim İsmayılov və ailə üzvləridir.
2001-ci ildən Göyçay, Şamaxı, Sabirabad rayonlarını idarə edən və hazırda Saatlı rayonlarına başçılıq edən Nazim İsmayılovun bu və digər yollarla topladığı milyonları və mülkləri barədə ölkə mətbuatında təkzib olunmayan məlumatlar dərc olunub.
Həmin məlumatlarda qeyd olunur ki, icra başçısının Bakıda bir neçə villası, yüzminlərlə manat dəyərində maşınları, başqa dəyərli obyektləri var.

Anar İsmayılovun Kanada biznesi ilə bağlı araşdırmamız davam edir. azeuronews.com /

Teref.az yazır ki, mətbuatda dəfəlrlə Anar İsmayılovun xaricdə əyləncələri və bahalı maşınları barədə məlumatlar gedib. Bu məlumatlar təkzib olunmayıb. Hər halda görünən odur ki, oğul İsmayılov xaricdə əylənətkən "Həm səıyahət həmdə ticarət" prinsipinə uyğun olaraq atasının milyonlarının bir hissəsini Kanadada yerləşdirib.
Bizi izləyin, araşdırmamız davam edir!
Teref.az














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru