Polkovnikin dəbdəbəli villası sahibkarları dilə gətirdi: "Rəisin evi tikilib qurtarsaydı, rahat nəfəs alardıq..."

3-09-2019, 17:13           
Polkovnikin dəbdəbəli villası sahibkarları dilə gətirdi: "Rəisin evi tikilib qurtarsaydı, rahat nəfəs alardıq..."
Tovuz rayonundan olan sahibkarlar rayon polis şöbəsinin rəisi Şizad Əsgərovdən şikayətçidir. Bİr qrup sahibkar Criminal.az saytına bildirib ki, rəis dəbdəbəli villa tikdirir və onun xərclərini iş adamlarına ödətdirir.
''Şirzad Əsgərov polis şöbəsinin işçilərini və sahibkarları bezdirib. Deyilər ki rəisin evi tikilib qurtarsa rahat nəfəs alardıq. Hər həftə evin tikilməsi üçün hamıdan pul yığır'' - deyə şikayətçilər bildirib.
Ş.Əsgərov isə Criminal.az saytına açıqlamasında ittihamları rədd etdi və bildirdi ki, onun haqda deyilənlər böhtandır: "İlk olaraq deyim ki, mən villa tikdirmirəm və sahibkarlardan pul yığımıram. Əgər ev tikdirsəm belə sahibkarlardan pul yığmaram. Kimsə gəlib desin ki, Şirzad Əsgərov ondan bir qəpik alıb, bir kisə sement istəyib. Nə vaxtsa ev tikdirsəm belə ona görə kimisə incitmərəm, ah-nalə ilə tikdirilən evdə yaşamaq olar?".



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru