Maliyyə Nazirliyinin Göyçaydakı "xorası"... - ŞİKAYƏT VAR

7-12-2015, 22:02           
Maliyyə Nazirliyinin Göyçaydakı "xorası"... - ŞİKAYƏT VAR
GUNDEMİNFO.AZ-ın redaksiyasına Aysel Muradova adlı bir şəxs tərəfindən müraciət ünvanlanıb. Müraciət edən vətəndaşdan israrla kimliyi ilə bağlı olaraq bilgi almaq istəsək də, o heç bir bilgi verməyib. Bizə bildirib ki, eyni mətni Azərbaycan Respublikasının prezidentinə də ünvanlayıb.

Bu müraciətdə adları çəkilən şəxslərlə bağlı çox ağır iddialar və ittihamlar ixtisar edilsə də, şikayət edilən mövzü ilə bağlı məqamları saxladıq. Müraciət müəllifi yazır ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti xidmətinin 9 saylı regional maliyyə müfəttişliyinin rəisi Yaqub Verdiyev və Göyçay rayonu üzrə Maliyyə İdarəsinin rəisi Firdovsi Rəhimov rayon ərazisində at oynadır. «Bu iki şəxs Cənab Prezidentin korrupsi ya il bağlı ortaya qoyduğu iradəsinin əksinə gedərək idarə və təşkilatlara zülm edirlər. Yaqub Verdiyevin adı əvvələr də işlədiyi Gəncə və Şəmkir regional maliyyə idarələrinin rəisi işlədiyi zamanlarda da məktəb direktorunun intiharında və digər faktlarla bağlı adı hallanıb. İnternetdə də bununla bağlı olaraq saysız informasiyalar var». Bizə yazan xanım şikayətçi (?) iddia edir ki, belə şəxslərin adları adətən gizlədilir və həmin şəxslər kimlərsə tərəfindən qonurur.

Mənbəmiz iddia edir ki, Yaqub Verdiyev Firdovsi Rəhimovla əlbir olaraq Göyçay rayonlarında idarə və təşkilatlardan «haqq» alır. Məlumat verən şəxsin dediyinə görə, Göyçay rayon Maliyyə İdarəsinin rəisi məhz bu şəxsə arxalanaraq rayondakı vəzifəli şəxslərə, hətta ən kiçik idarə və təşkilat rəhbərlərinə müxtəlif bəhanələrlə «haqq» qoyur. Topladığı pulların isə Maliyyə Nazirliyinə ən yüksək məqamlara ötürdüyünü deməklə özünü qorumuş olur.

Bu sətirlərinə müəllifi bildirir ki, Göyçayda Cənab Prezidentin təşəbbüslərini, ölkədə rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə ilə bağlı imzaladığı sərəncamları kölgə altına almış olur. Məsələ burasındadır ki, yazılanların müəllifi deyir ki, müraciətin bir nüsxəsini də Dövlət Başçısına yollayıb.

Onu da əlavə edək ki, internetdə biz Firdovsi Rəhimov adına Göyçay gəncləri adından yayılan müraciətdə rast gəldik. Bu müraciət rayon gənclərinin narahatçılığı ilə bağlıdır və ehtimal edilən variant odur ki, mətbuatda yazılanlara etiraz edilib.
Göyçayın maliyyə idarəsinin rəisi ilə bağlı olaraq GUNDEMİNFO.AZ-ın araşdırmaları nəticəsində ortaya çox ilginc faktlar çıxıb. Məsələn ötən ilin qış mövsümündə rayonun Mədəniyyət və Turizm İdarəsinə verilən və mədəniyyət obyektlərinin qızdırılması üçün nəzərdə tutulan yanacaqla bağlı büdcə vəsaiti ayrılıb. Məlumata əsasən rayonun Mədəniyyət və Turizm İdarəsinin rəisi Sahib Şükürov maliyyə idarəsinin rəisi Firdovsi Rəhimovla yaxınlıq əlaqələri ilə bağlı olaraq 12 000 (on iki min manat) manatı elə mədəniyyət idarəsininin rəisinə məxsus «Şahin 2013» müəssisəsinin hesabına köçürüb. Hansı ki, Göyçayın maliyyə idarəsinin rəisi Firdovsi Rəhimov da, elə Yaqub Verdiyev də və hətta mədəniyyət və turizm idarəsinin rəisi Sahib Şükürov da bilməmiş deyillər ki, bu vəsaitlər əslində təyinatı üzrə xərclənməyib.

Hər halda bu sıradan bir faktdır və mövzu ilə bağlı olaraq araşdırmalarımız davam edəcək. Bu iddialarla bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.