Tahir Kərimovun “gül qalmaqalı” böyüyür: icra başçısı Heydər Əliyevin adı ilə…
8-12-2015, 21:48
Yerli KİV və sosial şəbəkələrdə Salyan rayon icra başçısı Tahir Kərimovun qızıl güllər altından keçməsini əks etdirən foto yayılıb. İcra başçısının şagirdlərin qızılgül çələngindən keçməsi sosial şəbəkələrdə bir çox adlara bəzədildi. Salyan rayon icra hakimiyyətinni başçısı Tahir Kərimov qızılgül ətirli xatirələri ilə gündəmə gəldi.
Məsələ burasındadır ki, kimsə başçının şəkiləlrini ortaya çıxartmaqla gündəm yarada bilib. Sosial şəbəkədə başçının şəkillərinə müxtəlif yanaşmalar olub. Kimi yazıb ki, sabahın xeyir Kral, kimi də Şimali Koreyaya doğru iri addımlarla yazaraq, başçını Kim Çen Inın fanatı kimi təqdim edib. Tahir Kərimovu şahzadə Mustafa ilə müqayisə edənlər də tapılıb.
rrBəs bu şəkil hansı şəraitdə çəkilib və Salyan rayon İcra hakimiyyətinni başçısı bununla nə demək istəyib? Başçının müavini Vüqar Cəbrayılov bizimlə telefon söhbətində bildirdi ki, şəkil 2014 cü il mayın 10-da rayon təhsil müsəsisələrin hazırladığı tədbirdə çəkilib. Onun sözlərinə görə, tədbir təşkilatçılarının təşəbübüsü ilə hamı bu gül çələnginin altından keçməli idi. Tək Tahir Krəimov yox, çoxlarının bu çələng altından keçdiyini deyən müavin şəklin mətbuata çıxarılmasına təxribat kimi yanaşıb.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov da dünən axşamdan etibarən sosial şəbəkələrdə yayılan və müxtəlif məzmunlu müzakirələrə səbəb olan fotosu barədə açıqlama verib. İcra başçısı deyib ki, bəzi insanlar bu fotodan sui-istifadə etməyə çalışır: “Məni istəyən-istəməyən, hamısı nə gəldi danışır. Həmin foto 2014-cü ilin may ayında çəkilib. Təhsil şöbəsinin hazırladığı kompozisiyadır və oradakılar da məktəbli uşaqlardır. Burda böyüdüləsi bir şey yoxdur”.
Bəlkə də həqiqətən təxribatdır, deyə bilmərik. Amma istənilən halda yaxşı ənənə deyil. İcra başçısı öz camaatının, xalqın xidmətində durmalıdır. Bunu dəfələrlə dövlət başçısı da onlara xatırladıb. Görünür, onlar hətta uşaqların belə onların xidmətində durmasından zövq alırlar.
P.S. Bu açıqlamalara cumhuriyyet.az olaraq tək bir məqamı əlavə edə bilərik ki, mayın 10-da bütün ölkə boyu ümummilli lider Heydər Əliyevin doğum günü şərəfinə “Gül Bayramı” keçirilir. Bu bayramda H.Əliyevin deyil rayon rəhbərinin belə yüksək tuyulması sualının cavabı isə artıq yeni mövzudur.