Arif Əsgərova qarşı VİDEOFAKT - Köhnə əməllərin hesabını kim verəcək?

9-12-2015, 17:08           
Arif Əsgərova qarşı VİDEOFAKT - Köhnə əməllərin hesabını kim verəcək?
İllər getdikcə bir çox məmurlar mühüm post tutduqlarından sonra cinayət məsuliyyətinə cəlb olunurlar. Misal üçün bu cür məmurlardan biri də 8 il “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsində çalışan Arif Əsgərovdur. Redaksiyamızın elektron ünvanına 29 yanvar 2014 -cü ildə lentə alınan videokadrlar göndərilib. Videonu göndərən şəxs bu videonun Muğan dəmir yol stansiyasının yaxınlığından, qəza-hadisəsi baş verəndən sonra çəkildiyini bildirir.Qafqaznews.az-ın məlumatına görə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Muğan-Qarasu mənzilində, Bakıdan Böyük Kəsik stansiyasına doğru hərəkət edən yük qatarı Hacıqabul rayonunun Muğan kəndində qəzaya uğrayıb. Məlumata görə, 53 vaqondan ibarət qatarın 32-si relsdən çıxıb, onlardan 9-u aşıb. Aşan vaqonların ikisində mişar daşı, 5 vaqonda taxıl, iki vaqonda isə taxta olub. Məlumat üçün bildirim ki, həmin vaxt “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Arif Əsgərov idi. Bu şəxs dəmir yolunun sədri işlədiyi 8 il ərzində bu cür qəza hadisələrinin dəfələrlə baş verməsi danılmaz faktdır. Sizcə nədən irəli gəlib bu cür qəza hadisələri?! Çox güman ki, Arif Əsgərovun peşəsinin dəmiryolçu yox, sırf maliyyəçi olduğundan. Bu günəcən onun ailə üzvlərinin bulaşdığı 48 milyonluq yeyinti məsələsi mətbuatın gündəmindən düşmür. Amma bu cür neqativ fəaliyyətinə baxmayaraq , Arif Əsgərov cəzalanmaq əvəzinə, əksinə Nəqliyyat naziri Ziya Məmmədov onu dəmir yolu sektorundan çıxardaraq Nəqliyyat nazirliyində özünün muavini vəzifəsinə gətirdi.

Axı kimidr bu şəxslər, Ziyalar, Ariflər və yaxud da Musalar?!… Bu məmurlar düz 1996- cı ildən üzü bəri dəmir yolunun və sonradan da bütün nəqliyyat sektoruna dövlət tərəfindən ayrılan vəsaitə qənim kəsilən şəxslərdir. Çox çəkməz, bir gün Eldar Mahmudov, Akif Covdarov və bir çox şəxslər kimi, bu üçlüyün də adı mətbuatın gündəmindən düşməz. Onlar özləri də yaxşı bilirlər ki, həmin günə çox qalmayıb. Bu günləri mənim onlar haqqında yazmağımın səbəbi, həmin videoçəkilişə baxmağım oldu.Kadrlardan sezmək olar ki,qəzanı araşdıran səlahiyyətli şəxslər vaqonların aşmasına və ola bilsin hansısa sabibkarın ziyana düşməsinə, dövlət büdcəsi hesabına alınan və qiyməti yüzmilyonlarla ölçülən vaqonların yararsız hala düşməsindən o qədər də bikef görsənmirlər, mənzərəni fövqaladə hal kimi yox, sanki seyrçi,adi bir hal kimi izləyirlər.

Axı dəmiryolu sektorunun o zamanakı rəhbərliyini şəxsi ciblərinə axan, dövlət büdcəsindən mənimsənilən pullar daha çox maraqlandırıb, nəinki dövlətin malı .Təbii ki,əgər ziyan dövlətə yox, şəxsən özlərinə dəysəydi, belə hallar tez-tez təkrarlanmazdı, bu kimi hallara laqeyd yanaşılmaz, təcili tədbirlər görülərdi… Görəsən 19 il ərzində bu üçlük dəmiryolu sektorunda nələr etdiklərini anlayırlar?! Əlbəttə ki, yox. Onların nə etdiklərini dərk etməsi çox güman yalnız cinayət məsüliyyətinə cəlb olunduqdan sonra baş verə bilər. Bu videonu göndərən şəxs çox təəssüf hissi ilə bir dəstə tərəfindən 19 il Dəmir yolu idarəsinin bu hala düşməyini qeyd edir… Çünki, o fəxri dəmiryolçudur. Özü də o ,bu üçlüyün vaxtında bu ada layiq görülməyib. Onlardan bir neçə il əvvəl, dəmir yolunun ən firavan vaxtında o ada layiq görülüb…dia.az/













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.