Mingəçevirdə park camışların otlağına çevrildi - VİDEO

8-01-2020, 21:01           
Mingəçevirdə park camışların otlağına çevrildi - VİDEO
Mingəçevir şəhər parkı iribuynuzlu heyvanların örüşünə çevrilib.

Oxu.Az xəbər verir ki, heyvanlar parkda otlayan zaman səki ilə hərəkət edən piyadaları qorxudur, avtomobillərin hərəkət etdiyi yola çıxmağa cəhd edərək təhlükəyə yol açır, ən əsası, yaşıllığa ziyan vururlar.

Ərazidə 10-a yaxın camış sanki otlaqda otlayırmış kimi, yaşıllıqla qidalanır. Şəhər sakinlərinin sözlərinə görə, parkda iribuynuzlu heyvanların olması daha çox uşaqlar üçün təhlükədir.

Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşları isə mal-qara sahibləri ilə profilaktik söhbətlər aparmaqla problemi aradan qaldırmağa çalışırlar. Əgər davamlı olaraq heyvanlar yaşıllıqlara buraxılarsa, sahibləri cərimələnəcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru