İndiki icra başçısı Heydər Əliyevə qarşı çıxıb-Tanınmış telejurnalistdən ŞOK AÇIQLAMA

9-01-2020, 16:15           
İndiki icra başçısı Heydər Əliyevə qarşı çıxıb-Tanınmış telejurnalistdən ŞOK AÇIQLAMA
Tanınmış telejurnalist Sənan Həsənoğlu gündəmi zəbt edən açqılama ilə çıxış edib.

Kanal32.az-a özəl açqılamasında telejurnalist Bərdə rayonunun hazırkı İcra başçısı Vidadi İsayevin barəsində ilginc fikirlər səsləndirib.Onun sözlərinə görə 2003-cü ilin sentyabr ayının 2-də "Xural” qəzetində Yevlaxın adının dəyişdirlməsi və Heydərabad adlandırlması təşəbbüsü ilə çıxış edib.Həmin ərəfədə bu təşəbbüs demək olar ki,bütün Yevlax sakinləri tərəfindən dəstəkləndi.Hətta,o dövrdə 44 min seçicnin 42 min nəfəri Yevlaxın Heydərabad adlandırılması ilə bağlı təşəbbüs sənədinə imza atdılar.Təşəbbüs qrupunda sabiq icra başçısı Elmar Vəliyev,rayon ağsaqqalı Kinyaz Əliyev,İlyas Vəliyev,Müstəqim Məmmədov,Şahmar Vəliyev və xeyli sayda nüfuzlu şəxslər cəmləşmişdi.Lakin həmin ərəfədə Yevlaxdan yalnız bir nəfər bu təşəbbüsə qarşı çıxıdı.Bu şəxs isə o zaman Yevlax Arxivinin müdiri işləyən və hazırda Bərdə Rayon İcra Hakimiyyətinin başçısı olan Vidadi İsayev idi.O Vidadi İsayev ki,bütün yevlaxlılar onu AMİP-çi kimi tanıyırdı.

"Yevlaxın Heydərabad adlandırılması təşəbbüsü o zamankı İcra başçısı Ələkbər Səlimovun yanında müzakirə olnan zaman Vidadi İsayev "yevlax” toponimi ilə bağlı öz arqumentlərini irəli sürdü və mənim fikirlərimin yanlış olduğunu dedi.Hər kəsin yanında bildirdi ki,əşi bilinmir sabah ölkə nə olacaq,nə olmayacaq.Gəlin "demokrat”ların yanında özümüzə düşmən qazanmayaq.Heydər Əliyev artıq həyatda yoxdur.”Heydər Əliyevşina” yaradılır,80–ci illərdə H.Əliyevə görə bizi incidiblər.70-ci illərdə neftimizi ruslara verib və s.kimi ittihamlar səsləndirdi.Hətta,Vidadi İsayev dövri mətbuatda mənim və Heydərabad ideyasının əleyhinə yazılarla çıxış etdi”-deyə telejurnalist Sənən Həsənoğlu bildirib.

Telejurnalist onu da qeyd edib ki,ölkə başçısı Cənab İlham Əliyevin apardığı məqsədyönlü kadr islahatlarına bütün ictimaiyyət və media qurumları dəstək olmalıdır ki,uzun illərdir kimlərinsə "krışalığı”altında əməlləri gizlədilən belə vəzifə sahiblərinin,dövlətə,xalqa xəyanət edən məmurların iç üzü açılsın və onlar cəzalandılısın.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.