Oliqarxların oğulları "döyüşə" girir- Nasir Mustafazadənin oğluda namizəd oldu..

11-01-2020, 19:22           
Oliqarxların oğulları "döyüşə" girir- Nasir Mustafazadənin oğluda namizəd oldu..
Teref.az olaraq məşhur müstəqil araşdırmaçı jurmalist Cavanşir Həsənlinin yeni araşdırmasını təqdim edirik:
Vaxtilə Almaniyada 554 mənzil almış Nasir Mustafazadənin oğlu Nicat Mustafazadənin də 113 saylı Şəki şəhər seçki dairəsindən namizədliyi təsdiq olunub. Nicat Mustafazadə KAPİTAL BANK ASC-də aparıcı mütəxəssisdir, İngiltərənin Durham biznes məktəbinin məzunudur.

Atası Nasir Mustafazadə "Azəri Servis LTD"nin rəhbəridir, əvvəllər “Azərkəndsutəchizatı” Dövlət Konsernində çalışıb.
Onun sahib olduğu şirkət irihəcmli tenderlərin "qalibi" olub, əsas sifarişçiləri “Meliorasiya və Su Təsərrüfatı”ASC, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, "Azərsu" ASC, Bakı şəhəri Mənzil Kommunal Departamenti və rayon icra hakimiyyətləridir.
Bir neçə il əvvəl Almaniyanın Frankfurt şəhərində 554 mənzil aldığı və sonradan bütün mənzilləri türk işadamına 22 milyon 800 min avroya satdığı məlum olmuşdu.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru