Kürdəmirin başçısı da seçkilərə müdaxilə edir - Prezidentə şikayət olundu

21-01-2020, 10:15           
Kürdəmirin başçısı da seçkilərə müdaxilə edir - Prezidentə şikayət olundu
Deputatlığa namizəd olan Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyevin seçki kampaniyasına Kürdəmir Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən kobud müdaxilənin olduğu bildirilir. Bu barədə Zabit Quliyevin vəkili, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı müsahibəsində bildirib. Qurum sədri hətta Kürdəmir İcra Hakimiyyətinin işçilərinin xanım bir namizədin xeyrinə sosial şəbəkələrdə açıq təbliğat apardığına dair faktları da nümayiş etdirib. Elşən Uluxanlı ölkə Prezidentinə və MSK -ya bu qanun pozuntularını aradan qaldırmaqla bağlı rəsmi müraciət ünvanladığını da bildirib. Azinforum.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru