Yüz milyonlar Azərbaycandan belə çıxarılır...

15-12-2015, 20:15           

Dünya bazarında neftin qiymətində ötən ildən başlayan azalmalar neft ixrac edən dövlətləri tədbirlər görməyə vadar edib.

Artıq ölkələr neftin büdcədə göstərilən qiymətini əvvəlki illərdəki kimi yüksək göstərmir, büdcə gəlirlərini digər sahələrdən əldə etməyə çalışırlar. Bu arada neftin qiyməti ilə bağlı gələcək proqnozlar da heç ürəkaçan deyil.

Azərbaycanın ixracının 94 faizini neft və neft məhsulları təşkil edir. Büdcə gəlirlərinin isə 73 faizi məhz neftdən gələn gəlirlərdən formalaşır. Azərbaycanın neft hasilatı da əvvəlki illərdəki səviyyədə deyil. Hasilatın aşağı düşməsi onsuz da aşağı qiymətlə satılan neftdən gələn gəliri azaldan faktordur.

Bəs yaranmış vəziyyətdə çıxış yolu nədədir? Hansı addımlar büdcəni əlavə vəsaitlərlə təmin edə bilər?

Bu suala cavabda ekspertlərin rəyi birmənalı olaraq üst-üstə düşür.

Ekspertlərin fikrincə, hazırkı situasiyada əsas diqqət qeyri-neft sektorunun inkişafına, kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldilməlidir. Məhz bu addımlar ölkə iqtisadiyyatının neftdən kənar sahələrinin inkişaf etməsinə və büdcəyə əlavə gəlirlərin gəlməsini təmin edə bilər.

Sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafı və dayanıqlı, dövlətin istinad etdiyi sahəyə çevrilməsi iqtisadiyyatı iqtisadi böhranlara dözümlü edir.

Bu baxımdan ekspertlərin qənaətincə, kiçik sahibkarlığın inkişafı dövlət maraqlarına uyğun gəlir.

Bu barədə mətbuatda çox yazılıb. Amma kiçik sahibkarlığın inkişafı və gətirə biləcəyi gəlirlər barədə məqalələrin bir çoxunda büdcəni əlavə vəsaitlə təmin edə biləcək bir potensial mənbə unudulur.

Söhbət bütün dünyada olduğu kimi ölkəmizdə də böyük maraqla qarşılanan mərc oyunlarından gedir. Beləki, paytaxt da daxil olmaqla Azərbaycanın müxtəlif regionlarında 500-ə yaxın “Topaz” satış məntəqələrinin hər birinin kiçik biznes olduğunu qeyd etmək yerinə düşərdi.

Azərbaycanda idman mərc oyunları bazarının illik dövriyyəsi təqribən 300 milyon manat təşkil edir. Bunu vergilər naziri Fazil Məmmədov deyib.

İllik dövriyyənin təxminən 75 faizinin, yəni 225 milyon manatlıq hissəsinin uduşa yönəldiyini nəzərə alsaq, mərc oyunlarından dövlət büdcəsi 20-25 milyon manat qazanacaq.

Bəs “Topaz”ın digər üstün cəhətləri nələrdir?

Bu yazıda “Topaz” satış məntəqələrini fərqli və fəaliyyət göstərdiyi sahənin liderinə çevirən cəhətlərinə aydınlıq gətirməyə çalışacağıq.

“Topaz” Azərbaycanda fəaliyyət göstərən ilk və tək qanuni mərc oyunlarının ticarət nişanıdır. Burada əsas üstün cəhətlərdən biri kimi onun ölkə qanunvericiliyinə uyğun fəaliyyət göstərərək yaş məhdudiyyətinə riayət etməsini qeyd edə bilərik. Belə ki, “Topaz”da 18 yaşından kiçik şəxslərin idman mərc oyunlarında iştirak etməsi qadağandır.

“Topaz” öz fəaliyyəti ərzində birbaşa idman sahəsinin inkişafına dəstək olmaqla yanaşı 2012-ci ildən etibarən Azərbaycan Premyer Liqasını dəstəkləyir və Azərbaycan Premyer Liqası “Topaz Premyer Liqası” adlandırılır. O, həmçinin bu il Beynəlxalq Polo Federasiyasının birinci Arena Polo Avropa Çempionatına rəsmi sponsorluq edib.

“Topaz”ın öz uduşlarına dövlət təminatı verməsi isə onun digər üstün cəhətlərindən biridir. Bu sahədə tam qanuni fəaliyyət göstərən, qeydiyyatdan keçən strukturla yanaşı fəaliyyəti qanunla tənzimlənməyən və daha çox kriminal mənbəyi olan “qara bazar” təmsilçiləri də var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.