Dəmir Yolları QSC-nin tabeliyindəki zavodda yoxlamalar başlayıb - külli miqdarda yeyinti faktları var

16-12-2015, 12:51           
Dəmir Yolları QSC-nin tabeliyindəki zavodda yoxlamalar başlayıb - külli miqdarda yeyinti faktları var
Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr təyin olunandan sonra qurumda bütün sahələr üzrə ciddi yoxlamalara start verib.

«Unikal»ın əldə etdiyi məlumata görə, yeni sədr öncəki dövrlərdə həyata keçirilən maxinasiyaların üstünün açılması və bütün yeyinti faktlarının aşkarlanaraq ortaya çıxarılmasına göstəriş verib. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, bu yoxlamalar hazırda dəmir yolunda yüksək post tutan şəxsləri narahat etməyə başlayıb.

Məlumatlı şəxs onu da nəzərə çatdırıb ki, C.Qurbanovun tapşırığına əsasən öncə "Azərbaycan Dəmir Yolları" QSC-nin nəznində olan istehsal müəssisələri, zavodlarda yoxlamalara strat verilib: «Hazırda Qızılca qızmadağ zavodunda yoxlamalar başlanılıb. İlkin nəticələrə görə, kifayət qədər nöqsanlar, maxinasiya və külli miqdarda mənimsə faktları üzə çıxıb. İlkin nəticələr belə olduğuna görə Cavid Qurbanov daha detallı araşdırma aparılmasını tapşırıb. Ona görə də bu saat zavodun direktorun Arif Məmmədovun vəziyyəti çox pisdir. Çünki zavod rəhbəri bilir ki, Arif Əsgərovun dövründə ona verilən müstəsna səlahiyyətlər çərçivəsində milyonlarla manat həcmində yeyintiyə yol verilib və artıq bütün bunların üstü açılmaqdadır. Amma bir məsələ də var ki, hazırda da Arif Məmmədovun himayəçisi var».

Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru