İmişlidə seçicilər məcbur Razi Nurullayevə dəstək olmaq üçün daşındı - VİDEO

8-02-2020, 18:55           
İmişlidə seçicilər məcbur Razi Nurullayevə dəstək olmaq üçün daşındı - VİDEO
79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizəd Razi Nurullayevin fevralın 5-də İmişli Olimpiya İdman Kompleksində seçicilərlə görüşü olub
Meydan TV-nin burada görüş olacağını haradan eşitmisiniz sualına gələn sakinlərin əksəriyyəti “məktəbdən direktor dedi”, “zəng etmişdilər, dedilər, tədbir olacaq, gedin, gəldik”, “xəstəxana işçiləriyik, baş həkimin tapşırığı ilə gəlmişik”, - cavablarını veriblər.
Sakinlərin gəldikləri kəndlərin adlarına baxanda isə ümumiyyətlə, 79 saylı dairəyə aidiyyatlarının olmadığı görünür. Gələnlərin içində İmişlinin 80 saylı dairəsinin seçiciləri də olub.

Meydan TV-nin “kimin görüşünə gəlmisiniz?”, - sualına isə görüşə gələnlərin çoxu cavab verə bilməyib. “Deputatla görüşə gəlmişik”, “Rza bəyin görüşünə gəlmişik”, “İmişli gəncləri ilə görüşə gəlmişik”, “konsertə, tədbirə gəlmişik” və “bilmirəm” cavablarını verənlər də var.

Çəkiliş aparan Meydan TV əməkdaşına Razi Nurullayevin vəkilləri mane olmağa çalışsa da, ATƏT-in Seçki Müşahidə Missiyasından (SMM) gələnləri görəndən sonra çəkiliş aparılmasına səs çıxarmayıblar.

İmişli Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Emin Qəhrəmanov isə Meydan TV-nin suallarını dinləməyib. O, gün ərzində əlaqə saxlayacağını söyləsə də, zəngləri açmayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru