Elman Məmmədova qarşı opponenti “erməni məsələsi” ilə çıxır – VİDEO

8-02-2020, 19:21           
Elman Məmmədova qarşı opponenti “erməni məsələsi” ilə çıxır – VİDEO
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Elman Məmmədovla rəqibi Elxan Süleymanov arasında mübarizədə maraqlı hadisələr baş verir. Xeber.de-nin məlumatına görə, həmin dairədən namizədliyini müstəqil irəli sürən vəkil Elxan Süleymanlı seçicilərdən biri ilə söhbəti əks olunan videoda olduqca ilginc məqamlar yer alır.

Seçici:

– Ə müəllim, bircə dəqiqə, sən mənim canım, razılıq almısan yoxsa yox?

Elxan Süleymanlı:

– Mən sənin razılığını almışam.

S: Mənim ağzımla qanad ölçən kimdir?

E: Niyə?

S: A kişi, boş söhbətdir, sənləyəm, boş söhbətdir.

E: Yox eee, Elmana dediyini denən, mən çıxım gedim, mənə heç nə lazım deyil.

S: Dedim ki, uşaq dayısına güllə atmaz.

Digər bir videoda da Elxan Süleymanlının başqa seçicilərlə görüşündə yenə də söhbət mövzusu Elman Məmmədov, yenə də eyni mövzu ortaya atılır. Vəkil Elxan Süleymanlı Elman Məmmədovun öz yaxın qohumlarından birini qaçırması haqda seçiciyə yönəlik fikirlər işlədir. Ardından Elman Məmmədovun erməni qohumları olması haqda məlumatlar müzakirə mövzusuna çevrilir.

Ətraflı VİDEO-da:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru