Asif Ağayev seçki saxtakarlığına start verdi - İddia

9-02-2020, 00:38           
Asif Ağayev seçki saxtakarlığına start verdi - İddia
9 fevralda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı artıq rayonlarda saxtakarlığa
başlanılıb. Belə dairələrdən biridə 80 saylı İmişli-Beyləqan seçki dairəsidir...
Bu barədə jurnalist İbad Manafov bloq yazısında məlumat yayıb. Onun yazdığına görə, Beyləqan
rayon icra başçısı Asif Ağayevin göstərişi ilə artıq seçki saxtakarlığına start verilib:
"Belə ki, 80 saylı dairənin ən böyük seçicisi olan Dünyamallar kəndindən olan məmurlar bu gündən
bu kənddə yaşayan qohum əqrabalarının şəxsiyyət vəsiqələrini yığmağa başlayıblar. Məmurlara
tapşırıq verilib ki, əllərindəki şəxsiyyət vəsiqələri vasitəsi ilə toplu Çingiz Qənizadəyə səs versinlər.
Dünyamallar kəndinə ezam olunan və seçkilərdə saxtakarlıq edəcək məmurların siyahısını təqdim edirəm:
1. Beyləqan Yaşıllaşdırma İdarəsinin müdiri Məzahir Qanboyov
2. Kürdəmir Mədəniyyət İdarəsinin Beyləqan nümayəndəsi Nazim Mirzəyev
3. Beyləqan Təhsil Şöbəsinin müdiri Süliddin Əsgərov
4. 37 saylı Yol İstismar İdarəsinin müdiri Füzuli Quliyev
5. Beyləqan JEK müdiri Anar Vəliyev.
6. Beyləqan Şahmat İdarəsinin müdiri Misir Xudaverdiyev
Onlara bu işdə kömək edənlər Dünyamallar kənd Bələdiyyə sədri Yalçın Ağayev, kənd icra nümayəndəsi
Mürşüd Xudaverdiyevdir”. (qlobal.az)
pia.az
http://pia.az/asif-agayev-secki-saxtakarligina-start-verdi-iddia-333470-xeber.html












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru