“Kontakt Home” mağazalar şəbəkəsinin sahibi Elnur Allahverdiyevin DSK-ya məlumat vermədiyi Türkiyə biznesi üzə çıxdı - FOTO/SƏNƏDLƏR
9-02-2020, 10:40

Teref.az yazır ki, məşhur müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli daha bir maraqlı araşdırma ilə sosal şəbəkələrdə çıxış edib.
Bu dəfə deputatlığa namizəd “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi Elnur Allahverdiyevin Türkiyədə olan biznesi barədə araşdırma aparıb.Lakin araşdırmaçının iddiasına görə “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi Elnur Allahverdiyev bu biznesi barədə DSK-ya məlumat vermyib və bu ciddi qanun pozuntusudur. Belə pozuntulara görə br çox məşhur şəxslər seçki marafonundan uzaqlaşdırılıblar. Cavanşir Həsənlinin araşdırmasını təqdim edirik:
17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd, “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi Elnur Allahverdiyev Türkiyədəki biznesi haqqında namizədliyi qeydə alınarkən DSK-ya hər hansı məlumat verməyib.
Halbuki cənab Allahverdiyevin İstanbulda tikinti və konstruksiya sahəsində fəaliyyətdə olan biznesi var. AZ İNŞAAT EMLAK TAAHHÜT TURİZM SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ hələ 2009-cu ilin dekabrında nizamnamə kapitalı 500 min lirə olmaqla Erdemit Ticaret Memurluğunda Elnur Allahverdiyevin, ortaqları Anar Həbibli, Emin Alıyev, Oqtay Qurbanov və Samit Hacıyevin təsisçiliyi ilə yaradılıb. 2011-ci ilin avqustunda Anar Həbiblinin öz payını sataraq şirkətdən ayrılması nəticəsində qalan ortaqların hər birinin hissəsi 25 faizə çıxıb.
Samit Həmidov 2014-cü ilin yanvarınadək AZƏRCELL-in marketinq departamentinin şöbə rəhbəri vəzifəsində çalışıb.
O, "kart işi"ndə Elnur Allahverdiyevin AZERCELL-dəki əsas tərəfdaşı olub və bu əməkdaşlıq Dubayda ortaqlığa qədər inkişaf edib.
Cavanşir Həsənli
Teref.az olaraq qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq!
Teref.az


