Prezident sahibkarları müdafiə edir, icra başçısı isə əksini edir... - Ağstafada narazılıq
17-12-2015, 10:27
Ölkədə sahibkarlığın inkişafına maneələrin yaradılması ilə bağlı dövlət başçısı İlham Əliyevin xəbərdarlığından sonra da bu sahədə vəziyyətin dəyişmədiyi bölgələrdən biri də Ağastafadır. O Ağsatafa ki, icra hakimiyyətinin baçısı Məhərrəm Quliyev sahibkarları nəinki dövlətdən narazı salır, həm də onları fəaliyyətlərini dayandıraraq müxtəlif məbləğdə olan sərmayədələrinin də ölkədən çıxarılmasına təşfiq edir.
Ağstafada fəaliyyət göstərən sahibkarların Bizimxeber.az-a verdiyi məlumata görə, icra hakimiyyətini başçısının xüsusi razılığı olmadan rayon ərazisinə heç bir işlə məşğul olmaq mümkün deyil. Hansısa yerli sahibkar yatırım qoymaq istədiyi hətta kiçik obyekt belə icra başçısı ilə bölüşməyi gözə almalıdır. Üstəlik bu zaman da sahibkarlar arasında ayrı-seçkilik qoyulur. İş adamlarının rayonun inkişafına, işsizliyin aradan qaldırılmasına, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına yönəlik planlarının qarşısına birbaşa icra başçısının tapşırığı ilə elə bir sədd çəkilir ki, bu səddi aşmaq hər sahibkarın gücü daxilində deyil. Sahibkarların sözlərinə görə, nəticədə bölgədə işləmək istəyən, iş yeri açmaq arzusunda olan iş adamlarının sayı kifayət qədər azlıb, fəaliyyətni davam etdirmək istəyənlər isə icra başçısının qanunsuz tələbləri ilə razılaşmalı olurlar.
Sahibkarlar ölkə prezidentinin iş adamlarına qarşı yaradılan maneələrin aradan qaldırılması, qanunsuz tələblərin yığışdırılması ilə bağlı ciddi xəbərdarlığını da Məhərrəm Quliyevi “yolundan döndərə” bilmədiyini bildirir. Onların sözlərinə görə, prezidentin son çıxışından sonra rayondakı vəziyyətin müsbətə doğru dəyişəcəyinə ümid ediblər, ancaq bunun tam əksi olub. Yəni icra başçısı dövlət başçısının xəbərdarlığından nəticə çıxarmayaraq, fəaliyyətini əvvəlki qaydada davam etdirir.
Bu isə sahibkarlar arasında narazılıqla müşayət olunur. Sahibkarlar son çıxış yolunun ölkə prezidentinə müraciət olduğunu düşünürlər. Buna görə də yaxın zamanda Ağstafa sahibkarlarının prezident İlham Əliyevə müraciət edəcəyi gözlənilir. “Məhərrəm Quliyev bizə bundan başqa çıxış yolu qoymayıb. Prezident özü dəfələrlə sahibkarlara yaradılan maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayıb və bu işlə məşğul olan hər kəsə xəbərdarlıq edib. Əsassız yoxlamaların dayandırılması qərara alınıb, hər bir qurum ölkədə sahibkarlığın inkişafını Azərbaycanın sosial-iqtisadi inkişafındakı rolunu yüksək qiymətləndirərək iş adamlarının fəaliyyətinə kömək etməyə çalışır. Belə bir zamanda Ağstafada tamamilə fərlqi mühit hökm sürür. Hətta prezidentin xəbərdarlığı da Məhərrəm Quliyevi mövqeyindən çəkindirə bilməyib. Əvvəlki qaydada sahibkarlara təzyiq edilir, onlardan fəaliyyət sahəsinə uyğun olaraq haqq tələb olunur, həmçinin rayondakı abadlıq-quruculuq işləri üçün sahibkarlar “səfərbər” edilir. Halbuki, 2013-cü ildə prezidentin sərəncamı ilə Ağstafaya 5 milyona yaxın, 2014-cü ildə isə 2 milyon manat vəsait ayrılıb. Bu vəsaitlər hesabına görülməli olan işlərə də sahibkarların cəlb edilməsi hələ o zamandan narazılıq yaradıb. Buna görə də son çıxış yolumuz prezidentə müraciətdir”.