“Nurgün-aqro” MMC-nin qara günləri başlayıb - bu adamları insan sağlamlığı düşündürmür?

17-12-2015, 15:26           
“Nurgün-aqro” MMC-nin qara günləri başlayıb - bu adamları insan sağlamlığı düşündürmür?
Lizinq yolu dəvə qiymətinə alınan inəklər xəstəliyə mübtəla olduğundan keçi qiymətinə satılır

Sosila şəbəkə (FB)-də yayılan məlumata görə, Salyan rayonunun Kürqaraqaşlı qəsəbəsində yerləşən iribuynuzlu özəl damazlıq təsərrüfatında heyvanlar arasında ciddi xəstəlik 6 aya yaxındır ki, davam edir.

İş o yerə çatıb ki, hətta ayrı-ayrı ət kəsimi ilə məşğul olan işbazlar da xəstə heyvanları satıb yerbəyer edə bilmirlər.

Yayılan məlumatda qeyd olnur ki, həmin xəstə heyvanlar diri çəkisinin yarısı müftə, qalan yarısının isə bir kiloqramının qiyməti 1 manat-1.30 qəpik arası hesablanmaqla satılır.
Məsələn, diri çəkisi 200 kiloqram heyvan 100-130 manata təklif edilir.

Qəssablar da bu heyvanları kəsib, əti (əgər ona “ət” demək olarsa) Bakının Razin qəsəbəsinə daşıyır və buradan alıcılara, satış nöqtələrinə paylanılır.

Qeyd edək ki, Azərbaycanda südlük və ətlik istiqamətli iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasına dəstək məqsədilə sahibkarlara təkcə 2015-ci ilin 6 ayı ərzində “Aqrolizinq” ASC vasitəsilə ölkəyə 4356 baş damazlıq heyvan gətirilib və kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlə lizinqə verilib.

Məqsəd ölkədə bu məhsullara təlabatın təmin edilməsi və xarici bazardan asılılığı minimuma endirmək olub.

“Nurgün Aqro” MMC də dövlətin bu güzəştindən faydalanıb. Belə ki, cins inəklərin 493 başı şirkətə verilib.

infom.az: Araşdırma zamanı məlum olub ki, müəssisədə xəstəliyə tutulan da elə dövlət dəstəyilə güzəştli şərtlərlə alınan heyvanlardır. İşin bir maraqlı tərəfi isə budur ki, şirkət bu xəstəliyin qarşısını ala biləcək mütəxəssis tapa bilmir.

Eyni zamanda, əlaqədar orqanlardan kömək istəyə bilmir ki, güzəştli şərtlərlə qəssablara satdığı heyvanlarla bağlı sorğu-suala çəkilə, yoxlamaya məruz qala bilər.

Şirkətin digər narahatlığı emal müəssisəsi ilə bağlıdır. Axı “Nurgün Aqro” MMC paralel olarq süd istehsalıyla da məşğuldur.

Onun Salyan rayonunda süd emalı zavodu da fəaliyyət göstrərir. Burada müxtəlif çeşidli məhsullar hazırlanaraq paytaxta və ətraf rayonlara göndərilir.

Təəccüblüsü odur ki, bütün bunlar sağlamlığımıza, təhlükəsizliyimizə cavabdeh qurumların gözü önündə baş verir.

Ola bilsin ki, bundan “yuxarıların” xəbəri olmasın, bəs ərazi icra nümayndəsi və bələdiyyə sədri hara baxır- əhali arasında danışılan bu söhbəti, bu şıdırğı alveri eşitmirlərmi, görmürlərmi?

Doğrudanmı bu adamları insan sağlamlığı, cəmiyyət maraqları düşündürmür?
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.