Elxan Usubovunda ləğv edilməmiş şirkətləri var - ARAŞDIRMA/FOTO

22-02-2020, 00:04           
Elxan Usubovunda ləğv edilməmiş şirkətləri var -
Teref.az yazır ki, Şəkinin İcra başçısı Elxan Usubovunda şirkətləri aşkarlanıb. Araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə faktlar və sənədlərlə bunu sübut edib. Elxan Usubovun İcra başçısı təyin edilməmişdən əvvəl təsis etdiyi şirktləri üzə çıxardan jurnalist yazır ki, bu şirkətlər hələdə ləğv edilməyib.Cavanşir Həsənli yazır:
Vergilər Nazirliyində Şəkinin icra başçısı Elxan Zabir oğlu Usubovun adlna iki şirkət qeydiyyatdadır.
"CHEMİCO CO LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 1996-cı ilin iyulunda, "A.Q.T.İ.M." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2003-cü ilin fevralında qeydiyyatdan keçib. Hər iki şirkətin təsisçisi və qanuni təmsilçisi Elxan Usubovdur.
Şirkətlər Elxan Usubov icra başçısı təyin olunmamışdan qabaq təsis edilib, lakin indiyədək ləğv edilməyib. İcra başçısı əvvəllər bizneslə məşğul olub.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru