Vidadi İsayevin "kamera qorxusu"

25-02-2020, 11:38           
Vidadi İsayevin "kamera qorxusu"
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Neftçalada keçirdiyi xüsusi əməliyyat yerli icra hakimiyyətlərində təşvişə səbəb olub. ANAXEBER.info-ya daxil olan məlumata görə, ən çox narahatlıq keçirən biri Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdir. İddia olunur ki, Vidadi İsayev Neftçaladakı əməliyyatdan sonra kabinetində və ümumiyyətlə icra hakimiyyətinin binasında gizli kamera axtarışına çıxıb. İcra başçısı ehtiyat edir ki, oxşar əməliyyat onunla bağlı da keçirilə bilər. Ona görə də indidən müəyyən tədbirlər görməyi qərara alıb.Vidadi İsayev ən çox şikayət edilən icra başçılarından biridir. O, Bərdənin icra başçısı təyin ediləndən mətbuatda haqqında neqativ materiallar tirajlanır. Bu materiallar isə ayrı-ayrı Bərdə sakinlərinin şikayətləri əsasında hazırlanıb. Vidadi İsayevdən yuxarı instansiyalara şikayətlərin də ardı-arası kəsilmir. Bu baxımdan, DTX-nın Bərdəyə baş çəkə biləcəyi barədə mülahizələr yürüdülür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru