Azərbaycanda xarici ölkə vətəndaşının seçki hüququ var?- Yaqub Eyyubovun oğlu Orxan Eyyubov İngiltərə vətəndaşıdır və onun var.... FOTOFAKT

26-02-2020, 05:33           
Azərbaycanda xarici ölkə vətəndaşının seçki hüququ var?-
Teref.az yazır ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli maraqlı araşdıma ilə sosial şəbəkədə çıxış edib. Azərbaycanda seçkilərdə xarici vətəndaşların iştirak etməsi barədə olan araşdırmanı təqdim edirik:
Azərbaycanda keçirilən seçkilərdə xarici ölkə vətəndaşları da səs verirlərmiş.
Məsələn, baş nazirin 1-ci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubov İngiltərə vətəndaşıdır.
Özü də 2012-ci ildən.
Amma Orxan Eyyubov Z.Tağıyev küçəsi ev 19-da daimi qeydiyyatdadır və 2012-ci ildən xarici ölkə vətəndaşlığı almasına baxmayaraq, adı 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 27 saylı məntəqəsində seçici siyahısındadır.
Daha bir misal. İxtisasca hüquqşünas olan 1990-cı il təvəllüdlü Ayaz İbrahimov Rəfael oğlu uzun illərdir İngiltərə vətəndaşıdır, Londonda "37 Bolton Gardens Limited"in direktorudur. Lakin Bakı şəhəri Üzeyir Hacıbəyov 10/12 ünvanında daimi qeydiyyatdadır və adı 23 saylı Nəsimi-Səbail seçki dairəsindən (25 saylı məntəqə) seçicilər siyahısındadır.
Cavanşir Həsənli

Teref.az olaraq qarşı tərəfi dinləyib, mövqeini dərc etməyə hazırıq!
Teref.az














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.