Oqtay Şirəliyev islahatları qəbul etmir - Onkoloji xəstəl Prezidentə müraciət hazırlayır

27-02-2020, 09:23           
Oqtay Şirəliyev islahatları qəbul etmir - Onkoloji xəstəl Prezidentə müraciət hazırlayır
Hövsan qəsəbəsində fəaliyyət göstərən 23 sayli poliklinikadan ciddi narazılıq var. Bu barədə ANAXEBER.info-ya poliklinikada qanunsuzluqla üzləşən Sevinc Məmmədova bildirib. Onun sözlərinə görə, xüsusilə onkoloji xəstələr poliklinikanın yarıtmaz fəaliyyətindən əziyyət çəkirlər. Sevinc Məmmədova bildirir ki, onkoloji xəstə olmasına baxmayaraq müəyyən sənədlər üçün ondan qeyri-rəsmi "rüsum" tələb olunub. Baş həkim Sənan Əliyev və onkoloq Nərgiz doktor tərəfindən süründürməçiliyə məruz qalıb. Sevinc Məmmədova bildirir ki, digər xəstələr də oxşar hallarla qarşılaşıb. Şikayıtçinin sözlərinə görə, poliklinika rəhbərliyinin qanunsuz əməllərindən cana doyan xəstələr Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmək niyyətindədirlər. Hakimiyyət bütün sahələrdə islahatlar aparıldığını bəyan edib. Deyəsən, islahatlar dalğası hələ səhiyyə sisteminə çatmayıb. Yaxud da səhiyyə sahəsinə məsul olan şəxslər islahatları qəbul etmək istəmir. Ölkədə islahat kampaniyasının getdiyi bir ərəfədə 23 daylı poliklinikanın rəhbərliyi hətta onkoloji xəstədən qanunsuz olaraq pul tələb etməsini başqa cür qiymətləndirmək mümkün deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru