Bazarstore müştəriləri belə aldadır - FOTOLAR

29-02-2020, 17:41           
Bazarstore müştəriləri belə aldadır - FOTOLAR
Sumqayıt şəhəri, 30-cu məhəllədə yerləşən və qeydiyyatı Sumqayıt şəhəri Nərimanov küçəsi, ev 3 ünvanında olan Bazartore marketində məhsulun vitrində olan qiyməti ilə kassada olan qiyməti fərqlidir.

Bununla sözügedən marketdən məhsul alan Anews.az-ın əməkdaşı müəyyən edib. Belə ki, mağazada "Vitrində qiyməti 1.55 manat göstərilən "Ülker Fıstıklı Bitter” şokaladını kassada ona 3.25 manata satıblar. Jurnalistin etirazı ilə marketin məsul şəxsləri maraqlanıb. Şəxsiyyətlərini bildirməyən həmin şəxslər baş verən olaya görə ancaq təəssüfləndiklərini bildiriblər.

Qeyd edək ki, Avropa ölkələrinin bir çoxunda, həmçinin Kanadada alıcı mağazada bu kimi halla rastlaşırsa reputasiyasını hər şeydən üstün tutan market həmin məhsulu alıcıya pulsuz verir və yaratdığı diskomforta görə üzr istəyir. Amma görünür Bazarstore əməkdaşlarını mağazalarının reputasiyası narahat etmir.


















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.