Şeyxin oğlununda şirktləri var - FOTO

3-03-2020, 00:00           
Şeyxin oğlununda şirktləri var - FOTO
Teref.az yazır ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli Şeyx Allahşükür Paşazadənin oğlunun şirkətləri barədə araşdırmasını sosial şəbəkələrdə paylaşıb. Cavanşir Həsənli yazır:
Şeyx həzrətlərinin oğlu PAŞAZADƏ MƏHƏMMƏD 2009-cu ilin aprelində Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyatdan keçmiş "BAQİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin 3 təsisçisindən biridir. Şirkətin digər həmtəsisçiləri İsmayılov Adəm Ismayıl oğlu və Əliyev Afiq İlyas oğludur.
Şirkət BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, NİZAMİ, ev 92-də hüquqi qeydiyyatdadır, fəaliyyəti haqqında ətraflı məlumat yoxdur.
Məhəmməd Paşazadə həmçinin 2012-ci ilin fevralında qeydiyyatdan keçmiş "PLAST-KABEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin həmtəsisçisidir. Şirkətin digər təsisçiləri ehtiyatda olan general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev və Hüseynov Mətləb Balabəy oğludur. Şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, TƏLƏT ŞIXƏLİYEV, ev 14, m. 89-dur.
Tamerlan Əsədullayev eyni zamanda "EUROPEAN GOODS" və BEAUTYMED" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTlərinin də qanuni təmsilçisidir.
Tamerlan Əsədullayev Şeyxülislam Hacı Allahşükür Paşazadənin bacıoğlusudur.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru