Cavanşir Feyziyevin “xeyriyyəçiliyi” – heç kim bilməsə də trolları bilir

3-03-2020, 20:13           
Cavanşir Feyziyevin “xeyriyyəçiliyi” –
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı “Avromed” şirkətinin rəhbəri Cavanşir Feyziyevlə bağlı maraqlı açıqlama verib.

AFN xatırladır ki, özünün verilişində deputatı tibbi ləvazimatları, xüsusilə də maskaları və spirti bahalaşdırmaqda ittiham edən jurnalist “Yeni Müsavat”ın efirində bildirib ki, C.Feyziyev özünün xeyriyyəçi imicini yaradır: “Trollarını töküb sosial şəbəkələrdə yazdırır ki, adam böyük xeyriyyəçidir. Deyirlər ki, o xeyriyyəçiliyi elə edir ki, heç ölən adam da bilmir ki, ona xeyriyyəçilik edib. Amma trollar bilir. Bu məntiqsizlikdir”.

Ə.Zeynallı bildirib ki, bundan əvvəl səsləndirdiyi fikirlərlə bağlı C.Feyziyev xeyli adama zəng etdirib, ondan ittihamları dayandırmasını xahiş edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru