Hemodializ şöbəsində özabaşınalıq baş alıb gedir...- İDDİA

6-03-2020, 10:30           
Hemodializ şöbəsində özabaşınalıq baş alıb gedir...- İDDİA
Teref.az yazır ki, poçtumuza Kliniki Tibbi Mərkəzin hemodializ şöbəsindən şikayət daxil olub. Qeyd etmək istəyirik ki,ölkə mediasın bu səhiyyə müəsisəsi barədə şikyətlər çox olub. Dövlət tərəfindən pulsuz verilən dərmanların xəstələrə pulla satılmasından tutmuş, dializ xəstələrinə katerizasiyadan imtina edib özəl tibb müəsisələrinə göndərilmələrinə qədər. Ölkə mətbuatı bütün bunları işıqlandırıb. Axırıncı dəfə hətta birinci ledi Mehriban xanım Əliyevaya belə müraciət ediblər. Lakin heç bir müsbət nəticə əldə olunmayıb.
Teref.az olaraq poçtumuza daxil olan növbəti şikayəti təqdim edirik:
Kliniki tibbi mərkəzin hemodializ şöbəsinin müdri M. Cəlalov şöbəyə tam laqeyidlik göstərir. Yeddi ilə yaxındır ki, şöbə müdrü vəzifəsinə təyin olunan M. Cəlalov müdür təyin olunan gündən şöbədə narazılıqların ardı arası bitmək bilmir ən yüksək instansiyalara dəfələrlə haqqında şikayətlər ünvanlansada vəziyyət olduğu kimi qalmaqdadır. 15.01.2020 ci il tarixində hemodializ şöbəsində dializ olunan pasientin yaxınları mübahisəli səs küy yaratmışdır. Narazı pasientin yaxınlarının belə hərəkətlərini şöbə müdrünə xəbər versələrdə şöbə müdrü M.Cəlalov pasientin şikayətlərini dinləməmək üçün özünü kənara çəkərək məsələyə münasibət bildirməmişdir. Şikayətçi pasientin şikayətlərinin araşdırılması zamanı xəstəxananın baş həkimi bütün nöqsanları böyük təsərrüfat bacısının üzərinə yükləyərək tutduğu vəzifədən azad etmişdir. Şikayətçi pasientin şikayəti isə təsərrüfat bacısı ilə deyil şöbənin tibb bacısı arasında olmuşdur. Xəstəxananın bütün korpuslarında mühafizəçi olduğu halda yalnız hemodializ şöbəsində mühafizəçi yoxdur. Hər kəsi narahat edən vacib çatışmazlıqlardan ən əsası bu şöbədə mühafizəçi olmaması və mühafizə işinində təsərrüfat bacısına həvalə olunmasıdır. Bir qadın dörd yüzdən artıq pasienti olan şöbədə həm təsərrüfat bacısı və mühafizə işini necə icra edə bilər axı??? Şöbənin müdrü düşünməlidir ki, şöbədə dializ olunan zaman hər hansı bir pasientin vəziyyətinin anidən pisləşməsi və şöbənin mühafizəçi işçisi olmaması nəyə gətirib çıxara bilər. Hemodializ şöbəsində çalışan işçilərin çoxsu qadınlardır orda çalışanların da ailəsi övladları var hər gün onların yolunu gözləyirlər təsəvvür edin ki pasientin yaxınları tibb işçisi ilə aralarında səs küylü mübahisə yaranır və hər an pasientin yaxını əsəblərinə hakim ola bilməsə nələrin baş verəcəyi aydın görünür. Ümumiyyətlə şöbə müdrü bilməlidir ki, rəhbərlik etdiyi şöbədə işdə olduğu zaman işçilərin sağlamlığı təhlükəsizliyinə cavabdeh şəxsdir.
15.01.2020 ci ildə hemodializdə baş verən pasientlə tibb bacısı arasında yaranan mübahisədə isə heç bir aidiyyatı olmayan səs küy olmasın deyə pasientin bacısından və qardaşından şöbədə sakitliyə reayət etmələrini xahiş edən təsərrüfat bacısnı vəzifədən azad edən baş həkim bu qədərmi qanunun aliliyindən xəbərsizdir??? Şöbənin müdrü işçilərinin həyatının onun üçün maraqsız olmağı bunu açıqca sübut edir ki heç bir xəstəxanada baş həkim bu mövqedə qərar vermir çunki pasient nə qədər haqlı tərəf olunsada bir o qədərdə hərəkətlərinə davranışlarına və şöbədə ondan başqa pasientlərin də olduğunu nəzərə almalıdır. Baş həkimin verdiyi qərar isə həqiqətəndə tibb işçisinin həyat və sağlamlığının qorunmamasının açıq göstəricisidir. Hemodializ şöbəsində narazılıqların əsas səbəbləri şöbədə havalandırma sisteminin düzgün işləməməsi dializ cihazlarında nasazlıq olması və dövlət tərəfindən verilən dərmanların şöbədə pasientlərə vaxtı vaxtında verilməməsidir. Belə hallara görə pasientlər şöbənin çatmamazlıqları haqqında maraqlanmayan şöbənin müdründən dəfələrlə şikayət edirlər.Şöbə müdüri Mirhəşim Cəlalov 70 ə yaxın işçisi olan hemodializ şöbəsində işçilərin hər birindən hər ay fond pulu adı ilə 30 manat pul yığır.
Fond pulunun yığılmasını şöbənin baş tibb bacısına tapşırıb.

Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini dinləyib, yayınlamağa hazırıq!
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru