Xiaomi Azərbaycan mağazasında Azərbaycan qanunları işləmir - Vergi şəfaflığıda şübhə altındadır - ŞİKAYƏT

18-08-2020, 00:00           
Xiaomi Azərbaycan mağazasında Azərbaycan qanunları işləmir -
Teref.az xəbər verir ki, sosial şəbəkə istifadəçisi Fikrət Dolukxanov (‎Fikret Dolukhanov)‎ Xiaomi Azərbaycan mağazasından şikayətçidir.
Fikrət Dolukxanov şikayətində yazır: Xoşagəlməz bir halla rastlaşmışam. Bu paylaşımı artıq şəxsi səhifəmdə etmişdim; indi bura da yazıram ki, əhatəsi daha geniş olsun. İyulun 31-i Xiaomi Azərbaycan mağazasından 40 AZN-lik “Redmi AirDots” qulaqlıqlarını əldə etmişəm.

Birinci məqam: satış çatdırılma ilə həyata keçirilir və alıcıya qəbz təqdim edilmir. Nəzərə alsaq ki, kartla ödəniş də qəbul olunmur, mağaza tərəfindən vergilərin nə dərəcədə şəffaf ödənilməsi məsələsi durur. Bu, Dövlət Vergi Xidmətinin maraq dairəsidir.

İkinci məqam: qulaqlıqlarda qüsur var. Üç-altı saat işləmək əvəzinə saat-saat yarım işləyirlər. Çox güman ki, batareyada olan bir problemdir. Mağazaya zəng edib bu barədə məlumat verəndə cavabında “aksesuarlara zəmanət verilmir” eşitdim.
Mağaza nümayəndəsi isə heç bir formada dəstək yaxud çıxış yolu təklif etmədi; “nə edək, belə də qalsınmı?” sualına isə təsdiq cavabı verdi. Bu isə artıq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin maraq dairəsidir.
Artıq "Qaynar Xəttə" müvafiq müraciət də etmişəm. Xidmətdən əks əlaqə də olub, məsələ ilə məşğuldurlar.

Qəbzi tələb etməməyim və qəbzsiz məhsul əldə etməyim öz səhvimdir. Amma bu, mağazanın məsuliyyətini heç də azaltmır. İstehlakçıya qarşı bu cür yanaşma nə qədər düzgündür?
Qeyd etmək istəyirik ki, bu heçdə birinci şikayət deyil və bir çoxları mağazanı saxtakarlıqda ittiham edirlər!
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.