"Səsə başqa həkim gəldi və dedi bu dişi çəkmək olmaz" - DENTACOOL klinikasından ŞİKAYƏT

18-08-2020, 09:50           
"Səsə başqa həkim gəldi və dedi bu dişi çəkmək olmaz" -
Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Mehri Nəbiyeva 3 mkr yerləşən DENTACOOL klinikasından şikaytçidir.
Mehri Nəbiyeva şikayətində yazır: Şikayətim DENTACOOL klinikasındandır. Heyif ki adreslərini dəqiq bilmirəm.3 cü mikrarayon yaxınlığında 5 mərtəbəli binaların arasında yenitikili binanın altında yerləşir.
10yaşlı qızımın diş ağrısı tutdu.Klinikaya yaxın idik deyə apardıq ora. Rəşad adlı həkimi məsləhət gördülər. Ən arxa dişdir və çəkilməlidir dedi.
Zülmlə dişə iynəni vurdu keyitdi.Dişi çəkməyə başlayanda uşağın çığırtısı basdı oraları.Rəsmən stolda ürəyi dayanırdı.
Həkimsə qorxudandı deyib çəkməyə davam edir.Dişin yarısı qopdu üstdən.

Teref.az yazır ki, Rəşad həkimin belə naşılığı pis nəticə verərdi. Lakin yaxşı ki, uşağın qışqırtısına başa həkim bu əməliyyata müdaxilə edib. Mehri xanım hadisənin axırını belə nəql edir:
Səsə başqa həkim gəldi və dedi bu dişi çəkmək olmaz. İlk rentgen olmalıdı. Dibi irinlidi deyə keyiməyib.
Ora işiniz düşsə qəti getməyin. Səriştəsiz həkimlərdi belə başa düşdük.
Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru