Azərcell-dən daha bir şikayət: "Soyğunçuluqdan başqa bir şey deyil bu." ŞİKAYƏT

19-08-2020, 06:19           
Azərcell-dən daha bir şikayət: "Soyğunçuluqdan başqa bir şey deyil bu." ŞİKAYƏT
Teref.az xəbər verir ki, Ülvi Səmədzadə (Ulvi Samedzadehh) adlı sosial şəbəkə istifadəçisi Azercell-i fırıldaqçılıqda ittiham edir.
Ülvi Səmədzadə Azərcell-in internet paketi aldıqdan sonra işlədmək istəyərknən başına gələnləri belə nəql edir:
Mənim şikayətim Azercell dəndir. Görün, fırıldaqlığın dərəcəsinə baxın. Gündəlik paket almışdım. Bayaq dedim ki,hər gün yenilənməsin deyə ləğv edim. Mən hardan bilim ki,bunlar mənim həm pulumu,həm də aldığım MB-tı siləcəklər.
Fikirləşin ki,siz mağazaya gedib ərzaq alıb pulunu ödəyirsiniz,sonra mağaza müdürü gəlib əlinizdən ərzağı da alır.

Zəng etmişəm operator deyir siz " Stop" yazıb göndərmisiniz deyə pulunuz da,mb-nız da silinib.
Yaxşı ki, böyük paket götürməmişəm.Deməli birdən ləğv etmiş olsam bunlar onu da siləcklər.
Ölkədə normal operator yoxdurda. Soyğunçuluqdan başqa bir şey deyil bu.
Teref.az olaraq qarşı tərfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru