Ramsin Abdullayevin başı dərddə – Əlavələr olunub
19-08-2020, 00:05

Xəbər verildiyi kimi,iyul ayının 11-də Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Prezident İlham Əliyevin Sərəncamı ilə tutduğu vəzifədən azad edildi.Qeyd edək ki,son dövrlər barəsində çoxsaylı şikayətlər olunan keçmiş başçını qanunsuz yollarla əldə etdiyi var-dövvləti mətbuatın gündəminə gətirmişdi. Arif Qasımovun karyerasını bitirən səbəblərə gəlincə.Bu barədə dövrü mətbuatda artıq yetərincə məlumatlar yayılıb.
Lakin Aktualinfo.org xatırladır ki,Nizami rayonunun ərazisində “Heydər Əliyev Fondu”nun vitse prezidenti, ətraf müühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyin (İDEA) rəhbəri Leyla Əliyevanın şəxsi təşəbbüsü və dəstəyi ilə salınmış istirahət parkını Arif Qasımovun demək olar ki, özəlləşdirməsi barədə məlumatlar yayılmışdı. Həmin parkın sakinlərin istirahət etməsi üçün nəzərdə tutulan ərazisində özünə restoran, çay evi və əyləncə mərkəzi tikdirmək istəyən keçmiş başçının bu özbaşınalığı təbii ki,sakinlərin haqqlı narazılığına səbəb olmuşdu.Qeyd edək ki,sözügedən parkda gedən tikinti işləri ilə bağlı “AzTV”-nin xəbərlər proqramında da məlumatlar yayılmışdı.
Maraqlıdır, etdiyi səhvi mətbuata bu qədər asanlıqla etiraf edən sabiq İcra başçısının gözə görünməyən daha nə qədər səhvləri olub? Birdimi,ikidimi? Məlumatlara görə Arif Qasımovun vəzifəsindən sui-istifadə hallarına yol verməsi və qanunsuz əməllərinin sayı bununla bitmir.Bəs bu işlərdə Arif Qasımovun yardımçısıı kim olub?
Aktualinfo.org bir müddət əvvəl Nizami rayonunun ərazisində baş verən və bir çox problemləri özündə birləşdirən məlumatlarla dolu sakinlərin şikayətlərini yaymış, geniş ictimaiyyətin diqqətinə çatdırmışdı.Sakinlər onda Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramsin Abdullayevin rayon ərazisində gördüyü və görməli olduğu işlərin onları qane etmədiyindən narazılıq edirdilər.Qeyd edirdilər ki,rayon ərazisindəki köhnə binaların zirzəmilərinə aylarla baxılmır, küçə və səkilərdə,xüsusilə də,8km bazarı ətrafında natəmizlik dözülməz həddə çatıb. “Neftçilər” Metrostansiyasının ətrafında yol boyu tikilən ticarət obyektləri vətəndaşların gediş-gəlişinə mane olur, ərazidə demək olar hər ay yeni ticarət obyektləri istifadəyə verilir. NZS və UPD deyilən ərazilərdə də baxımsızlığın baş alıb getdiyini,boş torpaq sahələrində yeni obyektlərın tikildiyi bildirilirdi. İcra Hakimiyyətinin başçısı olmuş Arif Qasımovun isə sakinlərin problemlərinin həllindən daha çox,şəxsi maraqları üçün çalışdiğını iddia edən sakinlərin haqlı olduqları çox keçmədi özünü doğrultdu. Qeyd etdiyimiz kimi keçmiş İcra başçısına bu yöndə kömək edənlərin biri,bəlkə də birincisi məhz Ramsin Abdullayevin olduğu bildirilirdi.
Arif Qasımovun vəzifə kürsüsünü tərk etdikdən sonra rayonda hər gün yeni ticarət obyektlərin tikintisinə icazə verənlərdən biri olan,abadlıq işlərinin aparılması üçün ayrılmış dövlət vəsaitlərini təyinatından kənarlara yönəltməklə külli miqdarda pullar qazanan Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ramsin Abdullayevin aqibəti bəs necə olacaq? Aldığımız son məlumatlara görə artıq bir aydan çoxdur ki,Nizami rayon İcra Hakimiyyətinin boş qalan İcra başçısı vəzifəsinə yeni təyinat olunacağı gözlənilir.Bu səbəbdən məlumatlara görə son bir neçə gündür ki,Ramsin Abdullayevin vəziyyətinin gərgin olduğu bildirilir.Belə ki,uzun müddət rayon ərazisində abadlaşma,təmir, tikinti işlərinə ayrılmış dövlət vəsaitlərinin Ramsin Abdullayev,Arif Qasımov cütlüyü tərəfindən mənimsənildiyindən çox cüzi işlər görülmüşdür.Yeni təyin olunacaq İcra başçısının Ramsin Abdullayevdən hesabat tələb edəcəyi artıq qaçılmazdır.Ötən yazılarımızda qeyd etmişdik ki,Arif Qasımov vəzifədə olarkən rayonda həyata keçirmək istədiyi bir sıra yarımçıq qalmış işlərini bu gün Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramsin Abdullayevin əli ilə davam etdirir.Keçmiş başçının vəzifə başında olduğu dönəmlərdə pulunu alıb, söz verdiyi adamlarla qalan sövdələşmələri məlumatlara görə bu gün Ramsin Abdullayev həll edir.Məlumatlara görə Arif Qasımov hazırda “jek” müdirini İcra Hakimiyiyyətində ən azı müavin vəzifəsinə qoydurmaq istəyir.Lakin əldə etdiyimiz ən son məlumatlara görə Arif Qasımovun bu istəyi baş tutmayıb.Elə bu səbəbdən də Ramsin Abdullayev yoxlamalardan canını qurtarmaq üçün yollar arayır.Rayon ərazizisindəki parklarda aparılan abadlıq işlərinin tamamlanması üçün Ramsin Abdullayevin Arif Qasımovdan pul istəməsi də söylənilir.Qeyd edilir ki,istirahət parklarının yenidən qurulması və abadlıq işlərinin aparılması,rayon ərazisindəki çoxmənzilli yaşayış binalarının fasadlarının,dam örtüklərinin və blokların təmirinin aparılması və digər işlər üçün rayona ayrılmış dövlət vəsaitlərinin mənimsənilməsi hallarının istənilən vaxt üstünün açılması ehtimalı Ramsin Abdullayevi çox qorxudur. Söylənilənlərdən belə çıxır ki,Arif Qasımov onu şəxsi məqsədlərinə qurban verəcək.
Qeyd edək ki, Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ramsin Abdullayev dövlətin ona verdiyi vəzifələri icra etmək əvəzinə rayonun İcra başçısı olmuş Arif Qasımovun qeyri leqal göstərişlərini həyata keçirib. Bunlar inkaredilməz faktlardır.Arif Qasımovun qanunsuz əməllərində Ramsin Abdullayevin iştirakı gözlə görünməsə də,izləri var. Bunlar rayon ərazisində yağışdan sonra göbələk kimi çoxalan,ərazidə hər gün tikilən yeni ticarət obyektləri,görülməyən abadlıq işləridir.Ramsin Abdullayevin rayon ərazisində abadlıq və təmir işlərinin aparılması üçün ayrılmış dövlət vəsaitlərinin tender yolu mənimsənilməsində də rolu böyükdür.
Aktualinfo.org