"QARA MƏNİ BASINCA..."

26-11-2020, 00:42           
"QARA MƏNİ BASINCA..."
Bir neçə gün öncə saytımızda "Çinarə Atayevaya ANALIQ edənlər və ya təhsilimizin QARAYARASI" başlıqlı yazıda Abşeron rayon, Ceyranbatan 1 saylı məktəbin direktor əvəzi Çinarə Atayeva ilə bağlı bəzi məqamlardan söhbət açmışdıq. Sən demə yazı Atayevanı necə qəzəbləndiribsə, e-mail ünvanımıza ürəyini boşaltmağa vaxt da tapıb...

Çinarə xanım, imtahandan iki cür çıxırlar, ya başıaşağı, ya da başıyuxarı. Burda heç bir təhqirdən söhbət gedə bilməz. Daha sonra, yazıda sizin güya şərəf və ləyaqətinizə toxunan hissəni ayırıb verməyiniz nəyə xidmət edir? Axı biz sizin haqda "valideynləri dişinə vurmasını", "rüşvət və şirinlik mərəzinə tutulmasını" və s. kimi ifadələri yazarkən onu da qeyd etmişik ki, şahidi olmamışıq, sadəcə eşitmişik və eşitmək hələ o demək deyil ki, faktlar düzdür. Həmin cümlə "Əsla" ilə bitir və bu sözün məna yükünü anlamamış deyilsiniz. Filoloq olmasanız da, ixtisasınız bu sahədən heç də uzaq deyil. Necə deyərlər, "əsla", yəni inanmırıq belə olasınız...

Kimsənin şəxsi işlərinə qarışmağı biz də ayıb sayırıq. Sadəcə o "kimsə" cəmiyyət içində, ictimai mühitdə çəkisi olan şəxsdirsə, istər-istəməz sadə vətəndaşların nümunə götürəcəyi obyektin milli dəyərlərimizə, mentallığımıza sadiqliyi ön plana keçir. Sizin narahatlığınızı başa düşürük-Abşeron kimi böyük bir rayonun böyük qəsəbələrindən sayılan Ceyranbatanın ən böyük məktəbinə hələlik, rəhbərlik edən biri kimi... Bizə elə gəlir ki, siz digərlərinə nisbətən daha çox məsuliyyətli olmalı, atdığınız hər addımı ölçüb-biçməlisiz. Düzdü, bu yerdə deyə bilərsiniz, hirslənərsiniz ki, öz şəxsi işimdi, özüm bilərəm, haqqınız var. Amma bəzən "şəxsi işlər" adamı çox uzaqlara aparır və ətrafdakılar tutarqa edib, yapışıb qopmurlar. Siz bizdən də yaxşı bilərsiniz, bu mentallıq ürəyimizcə olmasa da(?) məcburuq riayət etməyə...

O ki qaldı Nadir müəllimlə, Nazilə xanımla bağlı nələrinsə xətrinizə dəyməsinə, burda da şərəf və ləyaqətə toxunulası heç bir nüans yoxdu. Ağayevin əziz-giramisinin 1 saylıda at oynatması ilə işimiz yoxdu, özü bilər. Nazilə xanımın Ruhiyyə Tağıyevanı rədd etməsinə etirazımız yoxdu. Sadəcə, müdirə xanımın R.Hacıyevlə bağlı misli görünməmiş, işıq üzünə çıxmamış olayının sizə yenə də heç bir isti-soyuğu olmamalıdır. Onu bir biz bilirik, bir müdirə, bir də Yaradan! Siz də bilmək istəyirsinizsə, saytımızı izləyin, mütləq rast olacaqsınız.

Hə, onu da vurğulayaq ki, hələlik rəhbərlik etdiyiniz məktəbdə tabeçiliyinizdə olan müəllimlərlə(işçilərlə) hüquq-mühafizə orqanının əməkdaşları kimi davranmağı da yüksək səviyyədə bacarırsız. Bir vaxtlar FB profilinizdən "kənar söhbətlər edən müəllimlər məsuliyyətə cəlb olunacaq" xəbərdarlığını etdiyinizi xatırladıb da, məhz həmin statusu yazımıza əlavə edirik...

Çinarə xanım, KİV haqqında 10-cu və 44-cü maddələri xatırladıb bizə hədə-qorxu gəlməyinizi də anlayışla qarşılayırıq. İynənin ucu boyda suçumuz yoxdu, əslində suçu özünüzdə axtarsaydınız, daha yaxşı olardı. Bu döndü lap "qara məni basınca, qoy qaranı mən basım" məsəlinə.

Bizə ünvanladığınız məktubun hansısa hüquqşünas tərəfindən hazırlandığına şübhə etmirik. Qanunun aliliyi bərqərar olan ölkənin vətəndaşlarıyıq, qanun hamı üçün eynidir. Təəssüf ki, bəzən qanunları saymırıq, ona riayət etmirik-məsəli sizdən və bizdən uzaq...rubrika.az
Teref.az olaraq qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.