"AZƏRMAŞ" ASC savaşan qazinin kreditə görə həyətindən maşınını aparıb - Biabırçılıq/FOTO

26-11-2020, 18:27           
"AZƏRMAŞ" ASC savaşan qazinin kreditə görə həyətindən maşınını aparıb - Biabırçılıq/FOTO
Teref.az yazır ki, "MİQ.az" saytının baş redaktoru Aqil Alışov Vətən savaşı qazisinə qarşı özbaşınalıqlardan sosial şəbəkələrdə yazıb.
Aqil Alışov yazır:
Vətənə, könüllü döyüşçüyə, əsgərə, hərbi formaya, bir sözlə, dövlətə XƏYANƏT- 770 manata görə...
"AZƏRMAŞ" ASC iki aylıq kredit gecikməsinə görə cəbhədə döyüşüb yaralanmış, hətta indi də xidmətini davam etdirən əsgər Məmmədov Anar Qurban oğlunun "Xəzər” markalı avtomobilini onun yaşadığı evin həyətindən aparıb.

“Mən özüm könüllü olaraq düşmənlə döyüşə qoşulmuşam. Murovdağ istiqamətində gedən döyüşlərdə yaralanmışam. Belimdə və bədənimin digər hissələrində zədələr var. Buna baxmayaraq bu gün də xidməti davam etdirirəm. Döyüşlərdə iştirak etdiyim üçün kredit götürdüyüm avtomobilin ödənişini iki ay gecikdirmişəm. "AZƏRMAŞ" ASC-dan maşını 4500 manat ilkin ödəniş edərək almışam. Aylıq ödənişi 385 manat idi. Mən "AZƏRMAŞ" ASC-lə, oranın Ramin adlı əməkdaşı ilə əlaqə saxladım. Bildirdim ki, döyüşdən qayıdan kimi ödənişi edəcəm. Buna baxmayaraq avtomobili yaşadığım evdən aparıblar. Mən Ali Baş komandandan və dövlət orqanlarından xahiş edirəm ki, mənə kömək etsinlər. Anam və qardaşım ağır xəstədirlər. Ailənin dolanışığı mənim üzərimdədir. Mən həmin maşınla taksi fəaliyyəti ilə məşğul olaraq ailəmi dolandırırdım.”

Teref.az olaraq hər dəfə belə faktlarla qarşılaşanda öz özümüzə sual veririk," Görəsən bunlar bu cəsarətiu hardan və kimdən alırlar? Ali Baş Komandan, Prezident, Vitse-Prezident bu gün qazilərin, şəhid ailələrinin ayağına gedir, onlara təşəkkür edir, hər cür qayğı ilə əhatə edir. Amma hansısa para, mənsəb sahibləri......
Teref.az olaraq qarşı tərəfi dinləməyə hazırıq!
Teref.az

"AZƏRMAŞ" ASC rəhbəri Emin Axundov.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.