Oğuz Meşələrin Mühafizəsi və Bərpası İdarəsində kriminal olay

30-04-2015, 11:40           
Oğuz Meşələrin Mühafizəsi və Bərpası İdarəsində kriminal olay
Oğuz rayon Meşələrin Bərpası və Mühafizəsi İdarəsində nələr olmur? Meşələrin əksəriyyətinin sıradan çıxdığı Oğuzda son vaxtlar daha çox kriminal işlər baş verir. Oğuz rayon Meşələrin Mühafizəsi İdarəsinin işçilərinin adam döyməsi faktından yazmışdıq. Məsələ ilə bağlı idarə rəisinin heç bir mövqeyi olmadı. Nazirlikdən isə mətbuat xidmətinin rəisi əcaib bir mövqe sərgilədi. Dedi ki, əcəb eləyiblər, onların meşədə nə işi vardı ki? Düzü, dövlət qulluğunda çalışan bir insanın belə bir anti-humanist mövqe tutması bizə xeyli təəccüblü gəldi.
Ancaq bu da hamısı deyil. Məsələ burasındadır ki, Bayram adlı həmin meşəçinin sahəsində ağac kəsərkən Qaya adlı bir şəxs ağackəsənin dişinə keçib. Cavan oğlan xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Məlum olub ki, həmin adamı odun doğramaq üçün meşəbəyi Bayram çağırıb gətirdibmiş. Qaya Qəbələnin Abrıq kəndindəndir.
İndi hamı dəyib bir- birinə. Hətta meşəbəyi Bayramı da sahə rəisi Şirinbəyi də işindən uzaqlaşdırıblar. Deyirlər ki, meşə mühafizə idarəsinin rəisi Bayramdan filan qədər rüşvət alıb ki, bir müddətdən sonra yerinə qaytarsın. Ümumiyyətlə, bu iş dostlara 16 min manata başa gəlib. Hələ ki, iş gedir. Ona görə də məbləğ dəyişə bilər. Qayanın ölümünün mediadan gizli saxlanması da meşə idarəsi işçilərinin planına daxildir. Bu hadisədən yəqin ki, Ekologiya və Təbii Sərvətlər Naziri cənab H. Bağırovun da xəbəri olmamış olmaz. Güman edirəm ki, cənab nazir cavan bir oğlanın ölümü üstündə bazarlıq edən işçilərini cəzasız qoymaz. Bu işin bir tərəfi. Digər tərəfinə gəldikdə isə Oğuz rayon prokuroru, polis rəisi ölüm hadisəsini qətiyyətlə araşdıracaq, hadisənin günahkarları haqlı cəzasını alacaqlar.
Vertikal.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.