Şirvanda bir sahibkar var - o da icra başçısı Mərdan Camalovdur

1-02-2016, 23:13           
Şirvanda bir sahibkar var - o da icra başçısı Mərdan Camalovdur
Dünya bazarlarında neftin qiymətinin düşməsi səbəbindən Azərbaycanın gəlirləri azalıb. Ölkədə manatın devalvasiyasının aparılması nəticəsində isə sahibkar ciddi əziyyət cəkirlər. lakin dövlət başçısı yaranmış vəziyyətdən çıxış yolu kimi qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı kifayət qədər mühim qərarlar verir və konkret sənədlər imzalayır. Azərbaycan prezidenti konkret olaraq regionların inkişafı ilə bağlı mühim sənədləri imzalayır. Qalır o sənədlərin yerlərdə icrasına. Bu icra prosseslərinə də icra başçıları şəxsən nəzarət etməlidirlər. Həmçinin də əhalinin yaranmış bu durumda süni qiymət artımından əziyyət çəkməməsi üçün işbazlarla mübarizə də gerçəkləşdirilir. Teref. info yazır ki, GUNDEMİNFO.AZ-ın əməkdaşları Şirvan şəhərində icra başçısının belə təşəbbüslərinin şahidi olmurlar. Etiraf edək ki, yerli media qurumları da əksər rayonlarda süni qiymət artımına qarşı İcra Hakimiyyəti əməkdaşlarının monitorinqlər keçirməsinin şahidi olsalar da Şirvanda bu tendensiya müşahidə olunmur. Sanki bu şəhərin icra başçısı Mərdan Camalov rayonda deyil, bu şəhərdə yaşamır...

Bu günlərdə Mərdan Camalovun Şirvan Rayon İcra Hakimiyyətinə başçı təyin olunmasının 11 ili tamam olur. M.Camalov Bakıdan 120 km məsafədə yerləşən energetiklər, gənclər şəhərinə 2005-ci il 18 aprel tarixində başçı göndərilib. Camalovların ölkədə ən tanınan siması müdafiə sənayesi naziri Yavər Camalovdur. Bütün bölgələr nazir, komitə rəhbərləri arasında pay-puş olunanda Şirvan şəhəri də Yavər Camalovun nəzarətinə verilib və onun qardaşı Mərdan Camalov icra başçısı təyin edilib.

M.Camalov boya başa çatdığı Şirvan şəhərinin sakinləri ilə normal münasibət qura bilməyib. Rayondakı mənbə deyir ki, icra başçısı ilk olaraq torpaqlarını kateqoriyalara bölərək əvvəlcə hektarlarını 100 min manata, sonra isə torpağın hər kvadrat metrini 100-150-200 manata satıb. “Hazırda Şirvanda hər kəs bilir ki, torpağın kvadrat metrini M.Camalov şəxsən satır. Vəzifəyə təyinat alandan bir müddət sonra M.Camalov baş memar Hacı Vüqarı işdən qovdu. Məsələ ondan ibarətdir ki, baş memarın möhürünü M.Camalov ondan alıb özündə saxlayıb. Memar icra başçısının qəbuluna hər həftənin şənbə günü gedərək siyahı üzrə hesablaşıb sənədlərə möhür vurdururmuş. Hacı Vüqar M.Camalova kələk gələrək yazılı sənədlərin arasına boş ağ vərəq qoyub möhür vurdururub və həmin sənədləri icra başçısının xəbəri olmadan sakinlərə satırmış. M.Camalova kimsə bu barədə dosye ötürüb və memar növbəti dəfə icra başçısının gözü qarşısında əməliyyat keçirəndə ilişib.

M.Camalov hesabda 10 sənədə möhür vurulmalı olduğunu bilib dərhal ayağa qalxaraq möhürün səsindən çox vurulduğunu deyib və sənədlərə aldadıldığının şahidi olub. Baş memarın xəyanət etdiyinin və həbs olunacağını bəyan edən M.Camalov Hacı Vüqarı hüquq mühafizə orqanlarının əlinə verməklə hədələyib və əfv olunması üçün tikinti şefi Hamlet Hüseynovun vasitəçiliyi ilə əldə etdiyi vəsaiti tələb edib.

Həmin vəsait sonradan rayondakı Bayraq Meydanının tikintisində istifadə olunub”. Mənbə daha sonra bildirib ki, M.Camalov 8 il ərzində Şirvan şəhərində kifayət qədər torpaq sahəsi, iaşə obyektləri ələ keçirib. “Bütün Şirvan sakinlərinin gözü qarşısında M.Camalov Heydər Əliyevə adına olan meydanda yerləşən Şahmat məktəbini bölərək Samir adlı oğluna verib. Hazırda obyekt telefon mağazası kimi fəaliyyətdədir. Bundan başqa Heydər Əliyev adına istirahət parkında dəbdəbəli çayxanası, uşaq əyləncə qurğuları, yayda su, dondurma, qarğıdalı köşkləri satan fəaliyyət göstərir. Həmin kompleks obyektdən gələn vəsait bilavasitə M.Camalova çatır. Obyekt əvvəllər M.Camalova yaxın adamlarından olan Statistika İdarəsinin rəisi Məharət adlı şəxsin adına rəsimləşmişdi.

Qalmaqallı “Muray MMC” şirkəti tərəfindən Şirvanda Heydər Əliyev adına mərkəz tikiləndən sonra M.Camalov əvvəlki yaşayış binasının altında olan Heydər Əliyev adına muzeyi də yaxın qohumlarına bağışladı. Bu yaxınlarda isə Camalovlara məxsus olan “Leyla” şadlıq sarayının ətrafında 90 ədəd şam ağacını hasara alaraq həmin yeri də icra başçısı zəbt edib. Təxminən 20 gün əvvəl Şirvan şəhərinin mərkəzində xəstəxananın giriş qapısında səhiyyənin emblemini ləğv edərək “Apteklər kralı” kimi tanınan Rəhman adlı sahibkara satdı. Şəhərdə avtomobilin, piyadaların hərəkətinə əngəl törədən həmin tikili Şirvanda böyük narazılığa səbəb olub”.

Mənbə daha sonra iddia edir ki, M.Camalov və qohumları prezidenti də saymırlar. “İcra başçısı özü pərdəli, şəxsi avtomabilində DYP-nin müşayəti ilə işə, evə gedib gəlir. Bunu görən qohum əqrabası da bahalı maşınlarına pərdə vurub “avtoş”luq edirlər. Beləcə Şirvan sakinləri onlara qarşı sayqısız, kobud, zərrə qədər insanların halına yanmayan M.Camalovun əlindən cana doyub”-deyə mənbə vurğulayıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə çalışacağıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.