Özbəkistanda müğənni əri tərəfindən öldürüldü Dünən, 10:57 Özbəkistanın Səmərqənd vilayətində 35 yaşlı müğənni Zebinoso Nosirova (səhnə təxəllüsü Zeboyi Jahon) əri tərəfindən öldürülüb.Oxu.Az xəbər verir ki, bu barədə "Milliy" telekanalının "Millar" verilişində məlumat verilib.Məlumata görə, faciə müğənninin 1992-ci il təvəllüdlü əri uşaqları görməyə gələn zaman Taylak rayonunda baş verib.Tərəflər arasında mübahisə yaranıb və nəticədə qadın əri tərəfindən boğularaq öldürülüb.Müğənni 3 uşaq anası olub. Qatil ər saxlanılıb və ona qarşı cinayət işi açılıb. Facebook-da paylaş