İsrail Suriyada hərbi mövqeləri bombaladı

Dünən, 10:37           
İsrail Suriyada hərbi mövqeləri bombaladı
İsrail Hərbi Hava Qüvvələri Suriyanın Əs-Süveyda vilayətinə zərbələr endirib.

Oxu.Az xəbər verir ki, bu barədə "Sham" telekanalı məlumat yayıb.

Məlumata əsasən, İsrail aviasiyası vilayətin inzibati mərkəzi olan Əs-Süveyda şəhərinin ətrafını, həmçinin Rima-Hazem qəsəbəsini bombalayıb.

Hava zərbələri Suriya keçid hökumətinin Müdafiə Nazirliyinə tabe olan qüvvələrin və ərəb qəbilələrinin silahlı birləşmələrinin yerləşdiyi ərazilərə endirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru