Rektor Yusif Yusifovun əməyi öz bəhrəsini verir

1-02-2016, 23:39           
Rektor Yusif Yusifovun əməyi öz bəhrəsini verir
Rektorun məqsədyönlü fəaliyyəti nəticəsində Gəncə Dövlət Universiteti böyük uğurlara imza atmaqdadır

Son dövrlər Gəncə Dövlət Universiteti (GDU) haqqında son dönəmlər mətbuatda gedən yazılar mahiyyət etibarı ilə böhtan və yalandan başqa bir şey deyil. Bunu təsdiq edən yüzlərlə fakt və dəlil ortaya qoymaq mümkündür. Çünki universitetin rektoru Yusif Yusifovun gərgin əməyi, cəhdləri və atdığı addımların sayəsində tələbələrin məmnuniyyəti yerinə gəlib. İllərdən bəri yaranmış problemləri aradan qaldırmaq heç də asan məsələ deyil. Amma Yusif müəllim onları qısa müddətdə yoluna qoyaraq, hər şeyi qaydasına salmağı bacaran rektorlardandır.

Yusif Yusifovun əməyi bəhrəsini verir

Qeyd edək ki, universitet fəaliyyətə başladığı ilk illərdən özünün yüksək ixtisaslı pedaqoji kadr potensialı ilə seçilmiş və bu gün də həmin ənənəni davam etdirir. GDU-da indi 500-dən artıq professor-müəllim heyəti çalışır. Professor-müəllim heyətindən 2 nəfəri Əməkdar Elm xadimi, 15 nəfəri Əməkdar müəllimdir. Onlarla pedaqoq orden, medallara və diqər dövlət təltiflərinə layiq görülüb.

GDU-nun 8 fakültəsində 39 ixtisas üzrə bakalavrlar, magistratura şöbəsində 41 ixtisas üzrə magistrantlar təhsil alır. GDU-nun 5000-dək tələbə və magistrant kontingenti vardır. 2014-2015-ci tədris ilində 1000 nəfərdən artıq gənc bakalavr, 50-dən artıq gənc isə magistr pilləsi üzrə məzun olub.

Təhsil sisteminin Boloniya proqramı üzrə qurulması unuversitetin Avropa təhsil sisteminə inteqrasiyasını sürətləndirir. Auditoriya, fənn kabinə və laboratoriyalarının texniki vasitələrlə təchizi, dərslərin vizual izlənməsi, müəllimlərin mühazirələrinin elektron variantlarının hazırlanması, imtahanların kompyuterlərlə götürülməsi (yalnız xüsusi qabiliyyət tələb edən fənlər: musiqi, rəsm, idman və s. istisna olmaqla) həm tədrisin səviyyəsinin yüksəlməsinə, həm də daha obyektiv qiymətləndirmə şəraitinin yaranmasına səbəb olub. GDU-da tədrisin müasir tələblər səviyyəsində qurulması müəllim və tələbə-magistrant kontingentinin beynəlxalq əlaqələrdə daha fəal və intensiv iştirakına gətirib çıxarır. Universitet onlarla tələbə, magistr və gənc müəllimi öz təhsilini xarici ölkə universitetlərində təkmilləşdirib.

Yusif Yusifovun əməyi bəhrəsini verir

Universitetdə təhsilin səviyyəsinə təsir edən ən mühüm amillərdən biri də həm müəllimlərin, həm tələbə və magistrantların elmi-tədqiqat işlərində fəal iştirakıdır. Təkcə bu il 10 nəfər müəllim fəlsəfə doktoru proqramı üzrə müdafiə etmiş, 3 nəfər elmlər doktoru elmi dərəcəsi, 10 nəfər dosent elmi adını almış, 5 dərslik, 10 dərs vəsaiti, 150-dən artıq proqram və metodik vəsait, 10 monoqrafiya çap olunmuşdur. GDU əməkdaşlarının Respublikanın nüfuzlu elmi nəşrlərində 300-ə yaxın məqaləsi, xarici ölkələrin elmi nəşrlərində 50-dək elmi məqaləsi dərc edilmişdir.

Hazırda Yusif Yusifovun gərgin əməyi nəticəsində GDU-da aparılan məqsədyönlü işlər nəticəsində neqativ halların qarşısı alınmış, tədrisin keyfiyyəti, əmək intizamı yüksəlmiş, universitetdə obyektivlik və şəffaflıq bərqərar olmuşdur. Rektorun mobil telefonu və emaili bütün tələbələrdə var, tələbələr istənilən anda rektorla əlaqə saxlaya bilir, onun Facebook sosial şəbəkəsindəki səhifəsinə yaza bilirlər. Onu da qeyd etmək lazımdır ki, universitetdə bütün imtahanlar test üsulu ilə kompyuter vasitəsi ilə aparılır, bu da imtahanlarda hər hansı bir müdaxilənin qarşısını alır, tələbələrin aldığı qiymət dərhal testlər cavalandırılarkən məlum olur, kimsənin buraya müdaxiləsi imkansızdır. Universitetin rektorlugu, müəllim və tələbə ictimai təşkilatları çalışırlar ki, universitetdə hər bir kəsin əməyi öz layiqli qiymətini alsın. Onlar müəllimlərin də, tələbələrin də mülahizə və təkliflərinə diqqət və qayğı ilə yanaşırlar.

Yusif Yusifovun əməyi bəhrəsini verir

O ki, qaldı təhsilin keyfiyyətinə və insani münasibətlərə, universitet çərçivəsində təhsilin keyfiyyətinə nəzarəti gücləndirmək məqsədi ilə bir neçə istiqamətdə komissiyalar təşkil edilib. Bu komissiyaların tərkibində də universitet elminin və tədrisinin aparıcı qüvvələri səfərbər edilib.

Burada insanlar arası münasibətlər də yüksək səviyyədə qurulmaqdadır, Yusif Yusifov Gəncə Dövlət Universiteti kollektivinin uzun illər etimadını doğrultmuş bir insandır və universitet kollektivinin bir yumruq kimi rektorun ətrafında birləşməsi şəhər tədbirlərində , Gəncənin ictimai həyatında qabarıq şəkildə özünü göstərir.

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti son dövrdə bu ali təhsil ocağında gedən quruculuq işləri - müəssisənin demokratik prinsiplərə müvafiq idarə olunması, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, tədris prosesində şəffaflığın təmin olunmasını ürəkdən alqışlayır. Yeni rəhbərlik ətrafında sıx birləşərək Azərbaycan ali təhsilinin ayrılmaz tərkibi olan döğma universitetdə dövlətin təhsil sahəsində siyasətini müəyyənləşdirərək, onun həyata keçirilməsinin təmin edilməsində, milli təhsil sistemimizin inkişafı, dünya təhsil sisteminə inteqrasiyası, beynəlxalq standartlara cavab verən təhsil şəraitinin yaradılması, yerli kadrların elmi - pedaqoji potensialından səmərəli istifadəsi nəzərə alınmaqla, Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun məqsədindən çıxış edərək, "Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək; milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq" və s. prioritet məsələləri daim nəzərdə tutaraq, qarşıya qoyulmuş vəzifələrin icrası, problemlərin həlli yolunda rəhbərliyə daim dəstək olurlar.

Bütün virtual məkanda fəaliyyət göstərən saytlardan və jurnalistlərdən çiçəklənən və Dünya müstəvisində artıq öz sözünü müstəqil demək imkanına malik olan, hegemon dövlətlərlə bir masa arxasında əyləşən Azərbaycanımızın hədəf aldığı gözəl gələcəkdən və işıqlı perspektivlərindən yazmağa çağırırıq.
teref.az
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.