Cəlilabadda təhsil adına heç nə yoxdur... - İDDİA

21-01-2021, 10:06           
Cəlilabadda təhsil adına heç nə yoxdur... - İDDİA
Cəlilabad rayon təhsilindən narazılıqlar səngimək bilmir.

Gundemxeber.Az bildirir ki, bu barədə dosye.org-a məlumat verən rayon sakini bildirir ki, icra baçısının həbsindən sonra vəziyyətin yaxşılığa doğru dəyişəcəyini düşünsələrdə, lakin əksinin şahidi olduq. Sadə insanları ən çox maraqlandıran rüşvətxor məmurların qanuna zidd əməlləridir. Bunlardan əlavə sakinləri ən çox hiddətləndirən sahə məhz təhsil sahəsidir. Adını hallanmağını istəməyən rayon sakini iddia edir ki, həbs edilən eks-icra başçısı Namiq Zeynalovun ən çox gəlir mənbəyi elə təhsil sahəsi idi.

Digər sahələrdən də gəlir əldə edən N. Zeynalovun ən yaxın silahdaşlarından biri TŞ-nin müdiri Qərənfil Əhmədova və Başçının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Ədalət qızı Həsənovadır. DTX tərəfindən həbs edilən N. Zeynalovun əlehinə ifadə verən şəxslər yuxarıda adı hallananlardır. Xatırladaq ki, icra başçısı haqqında bir müddət öncə dosye.org-da yayımlanan məqalələr sübüt etdi ki, informasiya agentliyi olaraq tərəfsiz və qərəzsiz fəaliyyət göstəririk. Biz ictimayətə məlumat verirdik ki, Cəlilabadda icra başçısı açıq şəkildə rüşvət tələb edir. Biz məlumat verirdik ki, icra başçısı N. Zeynalova rüşvət Elnarə Həsənova vasitəsi ilə ötürülür. Təhsil şefi öz növbəsində məktəb direktorlarını toplayaraq prezidentin rayona səfər ərəfəsində abadlıq və quruculuq işlərində yaxında iştirak etməyi vurğulayırdı. Biz ölkə başçısına və digər qurumlara məktubla müraciət edirdik ki, cəlilabadlılar rüşvətxor məmurların “qanunları” ilə çalışırlar.

“Biz məlumat verirdik ki, icra başçısı N. Zeynalov…”-Cəlilabadda şəbəkə hələ də fəaliyyətdədir

Nəzərinizə çatdırırıq ki, Cəlilabad rayonunda baş verən özbaşınalıqlar və məmur hegamonluğu rayon sakinlərini təngə gətirərməklə, bir başa onları dövlətə qarşı çıxartmaq marağı güdürdü. Əslində, ölkə başçısı cənab İlham Əliyev icra başçısı təyin edərkən, onları xalqa xidmət etməyə və eyni zamanda prezidentin səlahiyyətli nümayindəsi olduqlarını gördüyü işlərlə isbat etməlidir. Lakin son günlər bir necə icra başçısının həbsi bir daha onu göstrərdi ki, prezidentin etimadından sui-istifadə halları geniş füsət alıb.

Ən çox narazı kütlə yetişdirən rayon rəhbərlərindən biri, bəlkə də birincisi məhz Namiq Zeynalov idi. İcra hakimiyyətindən sızan məlumatlara görə, eks-icra başçısına ən çox xeyir gətirən şəxs Cəlilabad RTŞ müdiri Qərənfil Əhmədovanın olduğu bildirilir. Barəsində faktlara əsaslanan tənqidi məqalələr dərc edilən gündən Q. Əhmədova belə bir ifadə işlətmişdir. “Elman Nigarandır kimdir bilmirəm, nə bacarır onu da etsin. Mən heç kimdən çəkinmirəm” deyən təhsil şefinin güvən yeri rüşvətlə həbs edilən Namiq Zeynalov olduğunu qeyd etmişdik.

Bütün baş verən hadisələrə cavab olaraq Təhsil Naziri Emin Əmrullayevin mövqeyini dinləməyə çalışdıq. Əfsüslər olsun ki, nazirimizi maraqlandıran Qərənfil Əhmədovanın yalanlarıdır. Əks təqdirdə rayon təhsilinin acınacaqlı gündə olduğunu hiss edib, ən azından tədbir görərdi. Görünür, nazir Emin Əmrullayev göstərilən etimadı doğrultmaq fikrində deyil.

Qeyd etdiyimiz faktlar yetir ki, rayon təhsilində Qərənfil Əhmədovanın bazarlığı davam edir. Təhsil Naziri Emin Əmrullayev isə sanki nazir deyil, bank müdridir. İnanırıq ki, Möhtəşəm Azərbaycanımız öz prezidenti ilə hər zaman qütrətlənəcək, bütün sahələrdə nailiyyətlər və uğurlar əldə olunacaq. Amma xəyanətkarlar qanun qarşısında cavab verəcək. //Gundemxeber.Az//шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.